Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Əflatun Amaşovun KİV-lə bağlı təklifinə dəstək: –“Sözün pulunu kəsmək olmaz”

Əflatun Amaşovun KİV-lə bağlı təklifinə dəstək: –“Sözün pulunu kəsmək olmaz”

Milli Məclisin ötən günlərdə baş tutan plenar iclasında 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov 2017-ci ilin dövlət büdcəsindən mətbuata ayrılan vəsaitin artırılması barədə çıxış edib.
 
Jurnalistikanın ölkədə ictimai rəyin formalaşmasında və Azərbaycanın ölkənin dünyada təbliğində mühüm rol oynadığını deyən MŞ sədri  bildirib ki, bu sahə ilə bağlı qənaət rejiminə keçilməməlidir: 
“Son 1 ildə istər qəzet kağızı, istərsə də çap xərcləri kifayət qədər bahalaşıb. Qəzetlərin satışı çox zəifdir, reklamlardan gələn gəlirlər də kifayət qədər aşağıdır. 2016-cı ildən ölkəyə gətirilən qəzet kağızlarına ƏDV-nin tətbiqinə də başlanılıb. Bütün bunlar vəziyyətə neqativ təsir göstərir. Hazırda internet media ictimai fikrin formalaşmasında əsas vasitəyə çevrilib. Azərbaycanda 30-dək xəbər portalı normal qaydada fəaliyyət göstərir. Gələcəkdə bu rəqəmin artacağı istisna deyil. Buna görə də bu tip media vasitələrinin nəzərə alınması vacibdir”.
 
MŞ sədrinin təklifini müsbət dəyərləndirən millət vəkili, jurnalist Zahid Oruc da qeyd edib ki, sözün qiymətinə devalvasiya və ya inflyasiya təsir göstərməməlidir: 
“Heç bir ictimai fenomen medianın əhəmiyyətli fəaliyyəti ilə müqayisə oluna bilməz. Dövlət tərəfindən Kütləvi İnformasiya Vasitələrinə (KİV) göstərilən dəstək, büdcənin şəffaf xərclənməsinə nəzarəti təmin etməklə yanaşı azadlığın möhkəmləndirilməsinə də müsbət təsir edəcək. Bu, həm də cəmiyyətə dövlət qayğısının göstəricisi və mədəniyyətin inkişafına diqqətin nümunəsidir”.
Z.Oruc diqqətə çatdırıb ki, mətbuatı nəinki dördüncü hakimiyyət, hətta digər hakimiyyətlərlə bərabər götürmək mümkündür: 
“Bu sahəyə az vəsait yönələcəksə, mətbuatın inkişafı da zəifləyəcək. Çıxışımda da Ulu öndər Heydər Əliyevin media haqqında fikirlərini diqqətə çatdırmışdım. H.Əliyev də medianın və informasiyanın idarəçiliyin əsasını təşkil etdiyini deyib. Ona görə də, həmkarımızın mövqeyini  müdafiə edirik. Son günlərdə reket jurnalistlərin həbsi məsələsi də dövlətin bu sahəyə diqqətinin artırılmasını önə çəkib. Lazımı dəstəyin verilməsi ilə müstəqil jurnalistikanın inkişafını təmin etmək mümkün olacaq”.
Millət vəkili, publisist Aqil Abbas da söyləyib ki, mediaya dəstək bu gün də lazımdır: 
Ə.Amaşovun qaldırdığı məsələdə qəzetlərin və saytların fəaliyyəti ön plana çəkilib. Doğrudan da, Azərbaycanın imicinin beynəlxalq səviyyədə də qorunmasına təsir edən mətbu orqanlar var ki, media üçün əlavə pul ayrılsa, onların da xərclərini artırmaq mümkün olar. Ümidvaram ki, mətbuatın inkişafını istəyən hər kəs bu təklifi dəstəkləyəcək. MŞ üzvü kimi mən də bu artımın medianın inkişafında önəmli rolu olacağını deyə bilərəm. Dövlətin imkanı daxilində bu məbləğ müəyyən oluna bilər. Lakin artıq büdcə formalaşıb və bundan sonrakı qərar Maliyyə Nazirliyindən asılıdır”.(Sherg.az )

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın