Bazar , Yanvar 24 2021
Ana səhifə / Köşə Yazarları / Əflatun Amaşov Jurnalistka fakültəsində olub

Əflatun Amaşov Jurnalistka fakültəsində olub

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Jurnalistka fakültəsində olub.

Qafqazinfo“ya daxil olan məlumata görə, fakültə əməkdaşlarının iştirak etdiyi görüşdə Jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.

Görüş zamanı Jurnalistika fakültəsinin fəaliyyəti ilə bağlı bir sıra təkliflər səsləndirilib. Əflatun Amaşov bu istiqamətdə ali təhsil müəssisələrinin iştirakı ilə qısametrajlı sənədli filmlər üzrə müsabiqələrin keçirilməsi, məktəblilər arasında yazı qaliblərinin təyin olunması, Jurnalistika fakültəsinin təsis etdiyi “Jurnalist” qəzetinin istehsal və yayımının genişləndirilməsi kimi fikirlər səsləndirib.

Görüşün keçirilməsindən məmnunluğunu ifadə edən Əflatun Amaşov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə əməkdaşlıq əlaqələrinin uğurlu olacağına əminliyini ifadə edib.

Əflatun Amaşov Jurnalistka fakültəsində olub

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın