Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Köşə Yazarları / Əflatun Amaşov: “İnternet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir”

Əflatun Amaşov: “İnternet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir”

“Məncə mediamızın iqtisadi durumunu medianı təmin edəcək dərəcədə qura bilməmişik. Necə ki, qəzetlərimiz KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşir, eləcə də internet üzərindən yayımlanan resursların fəaliyyəti nəzərə alınmalıdır”.

Bunu Mətbuat Şurasının sədri, Milli Məclkisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlamasında deyib.

Deputat deyib ki, internet mediası da dövlət tərəfindən maliyyələşdirilməlidir. “Bu təşəbbüsü bir neçə dəfə qaldırmışam və mənim diqqətimdədir. İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Çünki ictimai fikrin formalaşmasında internet resusrlarının rolunu nəzərə almalıyıq. İndiki şəraitdə dərindən analiz aparsaq, fəaliyyət göstərən internet resurslarına ayrı-ayrı adamlar daha yaxındılar”.

Mətbuat Şurasının sədri bildirib ki, internet medianın maliyyələşməsi əsasən ayrı-ayrı adamlar vasitəsilə həyata keçirilir.

” Bu da məlumatın cəmiyyətə obyektiv şəkildə ötürülməsində maneə ola bilir. Əgər internet medianı dövlət maliyyələşdirsə, cəmiyyət bundan udar. Cəmiyyət daha çox obyektiv informasiyalar əldə edər. Eyni zamanda, KİV və internet resursları bundan gəlir əldə edər. Öz fəaliyyətlərini daha obyektiv, şəffaf qura bilər. Bundan isə Azərbaycan mətbuatı daha çox uğur qazanar”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın