Cümə , Noyabr 27 2020
Ana səhifə / Köşə Yazarları / Ədəbiyyatdan Qarabağa “yol çəkən” oxucu həsrəti…

Ədəbiyyatdan Qarabağa “yol çəkən” oxucu həsrəti…

Bahar BƏNÖVŞƏ

Qardaş bacısını bıçaqlayıb! Kişi arvadını öldürüb!
Ana uşaqlarnı atıb!
Qadın ərinə xəyanət edib!..
Hər gün onlarla, yüzlərlə bu cür xəbərlər eşidirik.Bəlkə də “nə olsun,harda yoxdur ki “deyib üstündən keçmək olardı . Amma…
Hər şey də elə bu ammadan başlanır.
Qarabağ müharibəsi başlanandan düz 30 il keçir. Bu 30 ildə onlarla körpəmiz qanına qəltan edilib. Yuzlərlə qız-gəlinimiz vəhşicəsinə zorlanıb. Minlərlə övladımız canını torpaq uğrunda qurban verib! Ayağını, qolunu, gözünü vitirib , ömürlük saqlamlqlarından məhrum olan döyüşçülərin sayı-hesabı yox!
On minlərlə məktəb, kənd və şəhərlərimiz, tarixi abidələrimiz yandırılaraq xarabaya çevrilib! Hələ də erməni əsirliyində görünməmiş işgəncələrə məruz qalan soydaşlarımız var! Və bütün bu müsibətlərin fonunda hələ də 20 Yanvarda nə baş verdiyini bilməyən azərbaycanlılar var! Şuşanın işqal tarixini xatırlamayan azərbaycanlılar var! Hətta Xocalı kimi dəhşətli bir soyqırımdan xəbərsiz olan yurddaslarımız var!
Burda bir haşiyə cixiram:
Mən və mənim yaşıdlarım uşaqlıqda heç vaxt faşist görməmisdik…
Güllə səsi də eşitməmisdik! Şəhid oqlunun qana bələnmis tabutunu görüb havalanan analara, fəryad qoparan atalara da rast gəlməmişdik! Bununla belə, biz faşistlərə nifrət edirdik! Ən çox sevdiyimiz film müharibə haqqında film idi! Ən çox sevdiyimiz mahnı Vətən haqqında yazılmış mahnı idi!
Orduya gedənləri cal-caqirla yola salardiq! Gələnlər bayramla qarsılayardıq!
Bəs nə oldu? Nə baş verdi ? Lap yaxın keçmişdə əsgəri müqəddəs bilib,onun adına and ata-anaların övladları nədən əsgərlikdən yayınsılar ki? Nədən metroda ,avtobusda əsgər görəndə ayaqa qalmayaq? Ehtiram göstərməyək?Nədən hansısa avtobus şoferi özündə cəsarət tapıb,gediş haqqını ödəməyən əsgərə qısqırsın ki? Niyə efirlərdə Vətən uğrunda döyüşənlər deyilçılpaq muqənnilər “at oynasınlar!”
Niyə belə olsun axı? Nədən güllə səsləri, şəhid analarının aqılari ilə böyüyən övladlarımız bu qədər acılarımıza bu qədər də biganə olsunlar?Məgər məqlubiyyətlərimiz də bu nöqtədən baslamırmı?
Bir millətin ən güclü silahı qələmdir!
Elə isə qələmimiz niyə korlaşıb? Nədən şam işığında ölməz əsərlər yaradan Mirzə Fətəli Çəmənzəminli ,Sabir, Cəlil , lap elə Cabbarlı, Cavid kimi yaza bilməyək? Nədən yazdıqlarımız ” Ayaqa qalx Azərbaycan ” hayqirtisi tək bizi riqqətə gətirib, döyüşlərə səsləməsin?
Yazılan kitabların sayı oxucuların sayından çox olsun?
Cild -cild yazılanlar stolüstü kitaba deyil, məmur kabinetlərinin rəflərində bəzəkli əşyaya cevrilsin?Ən sonunda da ayaqyolunda “salfetka kimi işlənsin?
Nədən az qala hər gün kitab nəşr etdirən,ən şanlı titul sahiblərini jurnalistlər belə zorla tanısınlar?Yazdıqlarından heç bir kəlmə də xatırlamasınlar?
Axı çoxdan şam isıqında deyil,nəhəng billur cilciraqlarin altında “yaradırıq”!
Cernilə batırıb yazdıqımız peroları da klavianin rahat düymələrinə dəyişmişik! Qəzet jurnalların,elektron KİV-lər sayı bilinmir! Artıq yazdıqını oxucuya təqdim etmək üçün nəsiryatlarda günlərlə növbəyə durub vaxt itirməyə də ehtiyac yoxdur!Yetər ki,qabaqinda oturduğun kompyuterin mışkasına əlinlə toxunasan!
Manitoru acasan!
O monitorun o üzündəki oxucunu görə biləsən!
O oxucunu ki,fahişələrin məcaralarindan,kriminalların ehtirasından, yarınmaq üçün yazılmış latayır ,”duzsuz-istiotsuz” əsərləri oxumaqdan bezib!Və daha oxumur!
Çünki yazılanlar ona yaddır!Lazım da deyildir!Elə isə qiymətli vaxtını bu mənasız”şedevr”lərə niyə həsr etsin ki?
Bu oxucu səhifələrdə bəhs etdiyimiz və etmədiyimiz aqrıari,acıları ,öz problemlərini görmək həsrətindədir!
O həsrətin başlanğıcı ədəbiyyat,
qurtaran yeri isə Qarabağdır!
Can verməkdə olan ədəbiyyatımız”saqalmayana qədər torpaqlarımız da isqalda qalacaq! Çünki Qarabaqa gedən “Qələbə yolu”məhz Azərbaycan ədəbiyyatından baslanır!

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …