Ana səhifə / Köşə Yazarları / Xanım jurnalist yeni sayt yaratdı

Xanım jurnalist yeni sayt yaratdı

Azərbaycanda yeni sayt yaradılıb.

Bu haqda saytın təsisçisi jurnalist İradə Cəlil azxeber.com-a məlumat verib. Sayt shefeq.az adlanır.

Onun dediyinə görə, saytda heç bir senzura tətbiq olunmayacaq:

“Uzun müddət idi ki, yeni bir layihə üzərində çalışırdım. Bu əslində mənim üçün yenidir. Fikirlərimi, düşüncələrimi senzura olmadan yaza bilmək, oxucunun təklif və iradlarını nəzərə almaq, gələn şikayətləri kor-peşman geri qaytarmamaq, kimisə təhqir etmədən, kimisə şanta etmədən reallığı olduğu kimi, daha doğrusu gördüyüm kimi insanlara çatdırmaq üçün bir sayt yaratdım “shefeq.az”. Əvvəlcə bu istəyimi reallaşdırmaqdan çəkinirdim. Amma təklifimi ətrafdakı insanlara bildirəndə bizə sponsorluq təklifi də gəldi. Yəni bizim saytımız tək məndən ibarət deyil. Kiçik bir kolletivimiz var. İki müxbirimiz, iki sayt nəzarətçimiz, dizaynerimiz, fotoqrafımız, texniki işçimiz var. Ümid edirəm ki, mənim arzularımın əsasında yaranmış “şəfəq” tez bir zamanda oxucu kütləsi qazanacaq və kollektivim məni utandırmayacaq”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın