Ana səhifə / Köşə Yazarları / Rauf Arifoğlu 50 illik yubileyini qeyd edir – FOTO

Rauf Arifoğlu 50 illik yubileyini qeyd edir – FOTO

Çağdaş Azərbaycan jurnalistikasının parlaq, ünlü simalarından olan “Yeni Müsavat” qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlunun iyulun 23-də 50 yaşı tamam olub. 
 
Baş redaktorun iyulun 24-də keçirilən yubiley tədbirinə ölkənin siyasət, QHT və media sektoruna aid tanınmış simalar, millət vəkilləri , ictimai xadimlər, ziyalılar, media kapitanları, vaxtı ilə “Yeni Müsavat”da çalışan jurnalistlər, o cümlədən R.Arifoğlunun dostları, yaxınları və ailə üzvləri qatılıblar.
Musavat.com xəbər verir ki, paytaxt restoranlarından birində baş tutan tədbirdə məclisin aparıcısı İlhamiyyə Rza qonaqları salamlayaraq biıdirib ki, bu gün təntənəli bir hadisəyə toplaşmışıq: “Əlli yaş elə dönəmdir ki, ona çatanda ayaq saxlayıb baxmaq istəyirsən, kimlər gəlib, kimlər keçib. Bu, ciddi bir hesab dövrüdür”.
Rauf Arifoğlu isə qonaqları salamlayaraq hər kəsə xoş gününə qatıldıqları üçün təşəkkürünü bildirib: “Əlli illik həyatımın fraqmentlərini paylaşan insanlar, sizi burada görmək çox xoşdur. Yibiley ərəfəsində qəzetimizin əməkdaşları təşəbbüs göstərdilər, bir film hazırladılar. Filmin fraqmentlərinə baxanda gördüm ki, sizin kimi insanlarla keçən anlar bir neçə il sonra tarixə çevrilir. Sizlərlə birgə keçirdiyim dəqiqələr mənim üçün şərəfdir. Təşəkkür edirəm”.
Tədbirdə R.Arifoğlunun 50 illik yubileyi münasibəti ilə hazırlanan film də nümayiş etdirilib. Filmin müəllifləri  minval.az saytının redaktoru İlkin Zəfərli və “Yeni Müsavat” qəzetinin müxbiri Sevinc Telmanqızı da yubilyarı təbrik ediblər.
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov, Türkiyəli millət vəkili Atilla Kaya, və başqaları R.Arifoğluya təbriklərini çatdırıblar.
Film təqdimatından sonra məclis musiqi ilə davam etdirilib.
Bu əlamətdar gün münasibətilə yubilyar baş redaktorumuzu- dəyərli həmkarımızı ürəkdən təbrik edir, ona cansağlığı arzu edirik!
Musavat.com





















Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın