Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Vətəninfo.az 4 yaşında

Vətəninfo.az 4 yaşında

Düz 4 il əvvəl, martın 16-dan 17-nə keçən gecə ilk xəbəri sayta qoyanda üzümü qibləyə çevirib “Rəbbim, məni çıxdığım yolda peşman etmə”- deyə Allahdan yardım istədim. İlk kompüterləri alıb o zaman işlədiyim “Həftə içi” qəzetinin redaksiyasına apardıq. Çünki o kompüterləri quracaq bir yerimiz yox idi. Millət vəkili Adil Əliyevin dostluğuna güvənib, ondan ofis icarəyə götürmək üçün dəstək istədik. Sağ olsun, bizi qırmadı. Metronun “Gənclik” stansiyası yaxınlığında insanlara xidmət üçün inşa etdirdiyi xeyir-şər evinin ikinci mərtəbəsində müvəqqəti olaraq iki otaq ayırdı. Bu bizə işə başlamaq üçün böyük bir təkan oldu. Üç ay orada fəaliyyət göstərdik. Elnur Eltürk, Əli Zülfüqarlı, Cavid Şahverdiyev kimi imzalarla çıxdığımız yolu Könül İbrahimova, Mirvari Nəcəf, Günel Türksoyla davam etdirdik. Vətəninfo.az-ın fəaliyyəti üçün hər birinin zəhməti keçdi. Zaman keçdikcə inkişaf etdik, oxucularımız çoxaldı, Azərbaycan mediasında söz sahibi olan imzalarla əməkdaşlıq etdik. Amma gün oldu ki, o zaman üçün simvolik məna kəsb edən əməkhaqlarını ödəməyə imkanımız olmadı. Abbas Novruzov, Rəşad, Qafqaz, Anar Əhmədov, Zülfüqar Xeyirxəbər kimi dostların təcrübələrindən faydalanmaqla bu sıxıntıları da aşdıq. Vətəninfo.az-ı 4 yaşına gətirdik. Texniki dillə desək, gündəlik ortalama 60 minlik İP-yə sahib olduq. Bu gün də Yeganə Məmmədova, Aida Sultanova, Abbas Novruzovla yolumuzu davam etdiririk. İki dildə – Azərbaycan və rus dilində oxucuların qarşısına çıxırıq. Onlarla mükafat aldıq, müsabiqələrin qalibi olduq. Azərbaycanımızın haqq səsi üçün dövlətimizin yanında olduq, xalqımızın xidmətçisinə çevrildik. “Vətəninfo.Az” brend kimi tanındı. Beynəlxalq tədbirlərdə ölkəmizi və Azərbaycan mediasını təmsil etdik. Bundan sonra da bu yolun yolçusuyuq. Əziz oxucular, biz Sizə güvənib bu yola çıxdıq, Sizinlə də yolumuza davam edirik. Bizi izləməklə verdiyiniz dəstəyə görə, hər birinizə minnətdarıq!

 

Hörmətlə,

Vətəninfo.az İnformasiya Agentliyinin

Baş redaktoru Nahid Canbaxışlı

Azinforum.az kollektivi adından həmkarlarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik. Uğurlarınız bol olsun!














Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın