Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / MEHMAN MURADLI YENİ TƏŞKİLAT YARATDI

MEHMAN MURADLI YENİ TƏŞKİLAT YARATDI

“Günü-gündən artan internet informasiya resursları bəzən idarəedilməz səviyyəyə gəlib çatır və müharibə şəraitində olan Azərbaycan Respublikasını ciddi zərbə altında qoyur. Bu məsələdə təkcə dövlət deyil, vətəndaşlar da ciddi əziyyət çəkir”.

“Azərfaks” xəbər verir ki, bunu yenicə təsi olunmuş “İnformasiya İstehlakçılarının Hüquqlarının Müdafiəsi” İctimai Biriyinin rəhbəri, hüquqşünas Mehman Muradlı deyib.

Adıçəkilən təşkilatın yaranmasının səbəbi kimi son dövrlər informasiya resurslarında həqiqətə uyğun olmayan xəbərlərin artığını göstərən hüquqşünas hesab edir ki, bu kimi məsələlərdə vətəndaşlara dəyən mənəvi ziyan heç vaxt nəzərə alınmayıb:

“İnformasiya resursları nə vaxt məhkəmələrə cəlb olunurlar? Konkret bir şəxsin işğüzar nüfuzuna xələl yetiriləndə, hansısa vətəndaşın şərəf və ləyaqətinə toxunan yazılar yayımlananda. Lakin informasiya resursları yaydıqları yalan xəbərə görə bütövlükdə cəmiyyətə vurduqları ziyana görə heç vaxt məsuliyyət daşımayıblar. Bəzi saytlar aldadıcı başlıqlar qoyub yaydıqları yalan xəbərləri insanlara oxutdurmağa çalışırlar. Vətəndaş narahatlıq içində həmin xəbərə göz gəzdirir və məlum olur ki, boş yerə vaxt itirib, əslində başlığın xəbərə heç bir aidiyyatı yoxdur. Bəzən isə illər əvvəl baş vermiş bir hadisə yeni xəbər kimi təqdim olunur”.

Son dövrlər insanlarda stess yarada biləcək xəbərlərin sayının durmadan artığını deyən M.Muradlı yeni yaradılmış İctimai Birliyin də məhz bu kimi hallara qarşı mübarizə aparacağını deyib:

“İnformasiya resurslarında həqiqətə üyğun olmayan xəbərlərin yayılması vətəndaşlar arasında panikaya səbəb olur. Biz, bir qrup hüquqşunas və mətbuat nümayəndələri belə qərara gəldik ki, bu cür “informasiyaların” dövlətimizə və vətəndalarımıza vura biləcəyi zərbələri önləmək üçün “İnformasiya İstehlakçılarının Hüquqlarının Müdafiəsi” İctima Birliyini yaradaq. İctimai Birliyin əsas məqsədi yalan və heç bir əsası olmayan informasiyaların qarşısını hüquqi yolla almaqdı və bu məsələdə dövlətin, vətəndaşların mənafeyini qorumaqdan ibarətdir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın