Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Zükerberq: Tezliklə yeni nəsil kompüterlər yaradılacaq

Zükerberq: Tezliklə yeni nəsil kompüterlər yaradılacaq

“Maşınlar, çətin ki, insan kimi olsunlar”.

Yaxın 10-15 il ərzində yeni növ kompüterlər yaradılacaq.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Facebook-un rəhbəri Mark Zükerberq martın 19-da “China Development Forum 2016”da bildirib.

“İndi stolüstü kompüterlər, noutbuklar, smartfonlar mövcuddur. Amma hər 15 ildən bir yeni hesablama platforması meydana çıxır”, – Zükerberq izah edib.

Facebook-un rəhbəri bu fikri ən iri onlyan-riyelterlərdən biri “Alibaba”nın təsisçisi Cek Ma ilə söhbət zamanı bildirib.

“Bəziləri narahat olurlar ki, maşınlar onları sıxışdıracaq və onların işi olmayacaq. Amma maşınlar, çətin ki, insan kimi olsunlar. Mənə elə gəlir ki, narahat olmağa dəyməz”, – biznesmen cavabında deyib.

Kompüterlər dövrü rəsmi olaraq XX əsrin 40-cı illərindən hesablanır. Bu dövr ərzində Zükerberqin ehtimalını rəhbər tutsaq, hesablama maşınlarını beş nəsli dəyişib. Amma bununla yanaşı, 1965-ci ildə Mur qanunu ixtira edilib. Qanuna görə, mikrosxemlərin icadından sonra kompüter texnikası sürətlə inkişaf edir.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın