Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Zooparkdan qaçan fillər 4 nəfərin ölümünə səbəb oldu – Ölkə həyəcan içində

Zooparkdan qaçan fillər 4 nəfərin ölümünə səbəb oldu – Ölkə həyəcan içində

Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, Şərqi Afrika ölkəsi Keniyada qoruma altındakı zooparkdan qaçan fillərin hücumu nəticəsində iki kənddə 4 nəfəri əzilərək ölüb.
Gələn  xəbərlərdə, ölkənin şimal şərqindəki Meru əyalətində olan Meru Milli Parkında 3 gün əvvəl qaçan fillərin bölgədəki bir kəndə hücum edərək 17 yaşındakı bir gənclə kiçik bir uşağı öldürdükləri, bir kəndlini də yaraladıqları bildirilir.
Fillərin daha sonra yaxınlıqdakı Tharaka-Nithi əyalətinə keçərək başqa bir kəndə girdikləri və 43 yaşındakı Peter Muchamba ilə 20 yaşındakı Josphat Njeru adlı iki kəndlini əzərək öldürdükləri bildirilir.
Xəbərlərdə, bölgə xalqının, fillərin hələ də tutulmamasi səbəbiylə çaxnaşma içində olduğu və qorxudan uşaqlarını məktəbə göndərmədiyi vurğulandı.
Polis əməktaşları qaçan fillərin axtarış işlərinin davam etdiyini bildirib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın