Çərşənbə , Mart 3 2021
Ana səhifə / İqtisadiyyat / “Ziyanla işləyən” dövlət şirkətləri: İnvestisiya Holdinqi vəziyyəti necə düzəltməlidir? (ŞƏRH)

“Ziyanla işləyən” dövlət şirkətləri: İnvestisiya Holdinqi vəziyyəti necə düzəltməlidir? (ŞƏRH)

“Holdinqin əsas məqsədi və qayəsi bu ziyanla işləyən şirkətlərdə ciddi təmizləmə işlərinin aparılmasıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli İnvestisiya Holdinqinə verilən dövlət qurumlarından danışarkən deyib. Onun sözlərinə görə, ilkin olaraq holdinqə daxil edilən dövlət şirkətlərində ciddi audit yoxlamaları aparılmalıdır:

“Əslində İnvestisiya Holdinqinin yaranmasının əsas səbəbi dövlət şirkətlərinin rentabelli işləməsini təmin etmək, izafı xərcləri azaltmaq, onların gəlirlə işləməsini təmin etməkdir. Sonuc etibarı ilə də dövlət büdcəsindən ayrılan vəsaitlərin sonlandırılması kimi bir hədəf qoyulub. Ona görə də bu İnvestisiya Holdinqinin əsas fəaliyyəti dövlət şirkətlərinin işinin oprimallaşdırılmasından ibarət olmalıdır. İdealda bu gözlənilir. Hələlik holdinqin fəaliyyətində ciddi aktivlik müşahidə olunmasa da, gözləntilər formalaşıb. Gözləntilər isə ondan ibarətdir ki, ilkin olaraq holdinqə daxil edilən dövlət şirkətlərində ciddi audit yoxlamaları aparılmalıdır və niyə görə ziyanla işləməsi sualına cavab tapılmalıdır. Bu günə kimi bütün dövlət şirkətləri hər il elan ediblər ki, “biz ziyanla işləyirik”. Təbii, inhisarçılıq olmasına baxmayaraq, hətta AZAL belə elan edib ki, ziyanla işləyir. Amma heç vaxt səbəbləri bilinməyib. Heç vaxt dövlətdən dotasiya almalarının səbəbi bilinməyib. Nəyə görə inhisarçı şirkətlər, hansılar ki, bazarda rəqibləri yoxdur, gəlirlə işləyə bilmirlər. Ehtimal ondan ibarətdir ki, həmin şirkətlərdə daha çox xəsrclər şişirdilir, qeyri-şəffaf idarəetmə var və xərclərin şişirdilməsi, tenderlərin, dövlət satınalmalarının qeyri- şəffaf keçirilməsi nəticə etibari ilə xərclərin şişməsinə səbəb olur. Sonda ziyanla işlədiyi kağız üzərində üzə çıxır”.

Natiq Cəfərli bildirib ki, dövlət dübcəsindən dotasiya almayacaqlarsa, bu dotasiyanı qiymətlərin artırılması yolu ilə deyil, xərclərin azaldılması yolu ilə aradan qaldırılmasına çalışılmalıdır:

“Biz “Azərsu”da gördük ki, ilk atılan addım qiymət artımı oldu. Düşünürəm ki, bu praktikadan imtina etmək lazımdır.İnvestisiya Holdinqinin əsasnaməsinə uyğun olaraq ciddi audit yoxlamalarının və bu şirkətlərdə olan problemlərin üzə çıxarılmasının zamanı çoxdan çatıb”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən il avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs yaradılıb və Holdinqin nizamnaməsi təsdiq edilib.

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilən şirkətlər bunlardır: “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” MMC.

Bundan əlavə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “AzerGold” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC AİH-nin idarəetməsinə daxil edilib.

Həmçinin oxuyun

“Bu saziş Azərbaycanda türk mallarını ucuzlaşdıracaq” – EKSPERT

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət …