Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Zimbabve diktatorunu arvadı əvəz etdi

Zimbabve diktatorunu arvadı əvəz etdi

Zimbabve prezidenti Robert Muqabe hakimiyyətdən uzaqlaşdırılıb.
Axar.az xəbər verir ki, bunu “Qardian” qəzetin açıqlamasında Zimbabvenin müxalif Demokratik Dəyişikliklər Hərəkatı Partiyasının lideri Morqan Tsvanqirai söyləyib.
Onun sözlərinə görə, ölkədə baş verən saray çevrilişi nəticəsində Robert Muqabenin yerinə hakimiyyətə həyat yoldaşı 50 yaşlı Qreys Muqabe gəlib.
Qeyd edək ki, ölkəni 1980-ci ildən idarə edən Robert Muqabenin 91 yaşı var. Muqabe Zimbabvedə ağdərili fermerlərə qarşı sərt mövqeyi ilə seçilir. Dünya ictimaiyyəti onu qara rasizmdə günahlandırır. Muqabe həmçinin LGBT-nin əsas düşmənlərindən hesab edilir. O, sonuncu dəfə 2013-cü ildə Zimbabve prezidenti seçilib.
Zimbabve dünyanın ən kasıb ölkələrindən biridir. Zaman-zaman əhali çöllərə düşüb həşarat toplamaqla aclıqdan qurtulmaq istəyir.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın