Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Zərrabın “sağ əli” danışdı: Nəhəng pül köçürmələrini açıqladı

Zərrabın “sağ əli” danışdı: Nəhəng pül köçürmələrini açıqladı

Zərrabın «kuryeri» kimi tanınan Adəm Karahan bütün sənədləri ABŞ-a verməyə hazır olduğunu dedi!
 
Bəzi iddialara görə, Zərrab həbsdən yayınmaq və mal varlığının bir hissəsini qurtarmaq üçün ABŞ prokurorluq orqanlarına bütün bildiklərini danışmağa hazırdır.
Bir neçə gün əvvəl Mayamidə həbs olunan, ABŞ-a qarşı fırıldaqçılıq, bank saxtkarlığı, «çirkli pulların yuyulması», «sanksiyaların yarılması» kimi maddələr üzrə ittiham edilən türkiyəli iş adamı Rza Zərrabla bağlı yeni məlumatlar üzə çıxıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zərrabın «kuryeri» kimi tanınan Adəm Karahan əlində olan bəzi bilgiləri media ilə paylaşıb.
Məlum olub ki, Karahanın adına təsis edilən şirkətlərdən ABŞ-ın nəzarəti altında olan «Al Nefees Exchangale LLC» və «Royal Emerald Investments LLC» adlı şirkətlərə külli miqdarda pul köçürülüb.
İşi araşdıran Nyu-York Cənub dairəsi federal prokuroru Prit Bhararaya bütün bildiklərini danışmaq və əlindəki sənədləri vermək istədiyini deyən «kuryer» bildirib ki, 2009-2010-cu illərdə adıçəkilən şirkətlərə 81 milyon 51 min 705 dollar pul köçürülüb.
ABŞ prokurorluq orqanları bu şirkətlərin 2011-2015-ci illərdəki pul fəaliyyətlərinə dair 21 səhifəlik iddianamə hazırlayıb. Adəm Karahan isə etiraz edərək daha geri tarixə baxılmasını istəyir.
Onun sözlərinə görə, prokuror Bhararanın «Al Nefees Exchangale LLC» və «Royal Emerald Investments LLC» şirkətləri vasitəsilə 2011-ci ildən sonra təsbit etdiyi pul axını bu tarixdən 2 il əvvəl başlayıb. Karahan təhqiqatın dərinləşdirilməsi üçün dediklərini sübut edən sənədləri ABŞ-a göndərə biləcəyini deyib.
O, pulun köçürüldüyünü göstərən bank hesabı ilə bağlı sənədləri Türkiyənin «Cumhuriyet» qəzetinə təqdim edib.
Sənədlərdə «Hazine Kuyumculuk SAN. və DIŞ.TİC.LTD.ŞTİ»nin 2009-cu ildə bir bankdan «Al Nefees Exchangale LLC» və «Royal Emerald Investments LLC» şirkətlərinə 39 dəfə pul köçürdüyü məlum olur.
Şirkətin 502/909..19 nömrəli dollar hesabından edilən əməliyyatlarda «Al Nefees Exchangale LLC»yə 32 əməliyyatdan ümumilikdə 30 milyon 583 min 550 dollar köçürülüb. Yenə eyni hesabdan «Royal Emerald»a 7 milyon 899 min 685 dollar yatırılıb.
Adəm Karahanın adına qurulan «Cihan Kıymetli Madenler SAN. ve DIŞ. TİC. LTD.ŞTİ»dən isə adıçəkilən şirkətlərə 2010-cu ildə  daha çox pul köçürülüb. Yenə eyni bankın bir şöbəsindən 502/909..47 nömrəli hesabdan «Al Nefees Exchangale LLC» və «Royal Emerald Investments LLC»yə 33 əməliyyatla 42 milyon 578 min 470 dollar göndərilib.
Bəzi köçürmələr də bunlardır:
– 01/10/2009 Royal Emerald Investments LLC-yə 1.999.955 $,
– 05/10/2009 Royal Emerald Investments LLC-yə 999.955 $
– 02/11/2009 Royal Emerald Investments LLC-yə 1.299.955 $
– 26/10/2009 Al Nefees Exchangale LLC-yə 1.499.955 $
– 04/11/2009 Al Nefees Exc.hangale LLC 1.499.955$
– 05/11/2009 Al Nefees Exchangale LLC-yə 1.999.955 $
Qeyd edək ki, ittihamlar təsdiqini taparsa, Zərrabı 75 il həbs gözləyir.
Bəzi iddialara görə, Zərrab həbsdən yayınmaq və mal varlığının bir hissəsini qurtarmaq üçün ABŞ prokurorluq orqanlarına bütün bildiklərini danışmağa hazırdır. Zərrabın danışması isə təhqiqatın dərinləşməsinə, Türkiyə və o vaxtkı İran rəhbərliyi səviyyəsində şəxslərin istintaqa cəlb edilməsinə səbəb ola bilər.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın