Ana səhifə / İqtisadiyyat / Zərdabda 22 hektar pambıq susuzluqdan məhv olmaq üzrədir- ŞİKAYƏT

Zərdabda 22 hektar pambıq susuzluqdan məhv olmaq üzrədir- ŞİKAYƏT

AFN-in redaksiyasına Zərdab rayonu Gödəkqobu kənd sakini Zeynalov Ramil İsmayıl oğlu tərəfindən şikayət məktubu daxil olub.

Ölkə başçısı İlham Əliyevə, baş nazir Novruz Məmmədova və Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəyə ünvanlanan məktubun müəllifi bildirir ki, 22 hektar torpaq sahəsində pampıq əkib. Ancaq hazırda həmin pambıq sahəsi susuzluqdan məhv olmaq üzrədir: “Bunun isə səbəbkarı Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevdir. Mircəlal Mirzəyev məndən su üçün küllü miqdarda rüşvət istəyir. Mən bu barədə dəfələrlə Zərdab Rayon İcra Hakimiyyətinə zəng edib, qəbula gedib məlumat versəm də, heç bir tədbir görmək istəmirlər. Hazırda yonca sahələrinə pul alınıb su verilir. Hansı ki, prezident cənab İlham Əliyev pambıqçılığın inkişafı üçün xüsusi tapşırıqlar verib. Mənim ailəm bu ilin aprel ayından 22 hektar sahədə pambığın əkilməsində, alaq edilməsində min-bir əziyyət çəkib. Bizim pambığı əkməkdə niyyətimiz, dövlətə, iqtisadiyyatımıza və cəmiyyətə xeyir verməkdir. Artıq bir neçə günə pambığın yığılmasına başlanmalı olsada Mircəlal Mirzəyevin yaratdığı maneə və özbaşınalığa görə 22 hektar torpaq sahəsindəki pampıq susuzluqdan batmaq üzrədir. Mən həyəcan təbli çalıram bu ağır bir cinayət əməlidir ki, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyev törədir. O, dövlətini, prezidentini və xalqını sevməyən, öz maddi maraqlarını düşünən biridir. Sizdən çox-çox xahiş edirəm, bizə kömək edin 22 hektar pambıq sahəmiz susuzluqdan yanmasın, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mircəlal Mirzəyevin barəsində ciddi tədbirlər görün”.
Məsələ ilə bağlı nə Zərdab RİH-dən, nə də Suvarma Sistemləri İdarəsindən mövqe almaq mümkün olmadı. Birincidə edilən zənglər cavabsız qalsa da, ikincidə telefona cavab verən xanım M.Mirzəyevin naharda olduğunu dedi. Saat 12:30-da nahar fasiləsi olmadığını xanımın diqqətinə çatdırdıqda isə “bizdə nahar 12-də başlayır, 2-də bitir” deyə cavab verdi. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

FƏRİDƏ

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …