Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Yüzlərlə türk məmuru Almaniyada gizləndi

Yüzlərlə türk məmuru Almaniyada gizləndi

250-dən çox türk məmuru, diplomatı və onların ailə üzvləri AFR-dən siyasi sığınacaq tələb edib.

Bu haqda The Local Almaniya Daxili İşlər Nazirliyinin bəyanatına istinadən xəbər yayıb.

“Qaçqınlara statusun verilməsi haqda ərizələrə ayrı-ayrılıqda baxılacaq, onlar qanuna uyğun olaraq həll ediləcək”, — deyə qurumun mətbuat katibi bildirib.

Nəşrin qeyd etdiyi kimi, sığınacaq verilməsi haqda ərizələrin sayının kəskin artımı 2016-cı ilin iyulundakı dövlət çevrilişinə uğursuz cəhddən sonra başlayıb.

Xatırladaq ki, daha əvvəl AFR hakimiyyəti türk mənşəli Almaniya vətəndaşı, jurnalist Deniz Yudjelyanın İstanbulda həbsindən sonra yerli türk icmasının iki mitinqini qadağan edib. Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu “alman agenti” adlandırıb. (Virtualaz.org)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın