Bu uçuş təkcə Qaqarinin yox, həm də sovet alimlərinin və mühəndislərinin zəhmətinin bəhrəsidir. Günümüzə qədər bu tarixi uçuş barədə bir çox sualların cavabları hələ də axtarılır. Əslində uçuş nə vaxt baş verməli idi? Hansı səbəbdən Qaqarinə odlu silah veriblər?

Əslində kosmosa ilk üçüş barədə qərar təcili verilib. Çünki kəşfiyyatın əldə etdiyi məlumata görə, amerikalılar aprelin sonunda kosmik gəmi buraxmağı planlaşdırırmışlar. SSRİ rəhbərliyi bu planı qabaqlamalı idi və komandaya bununla bağlı göstəriş verilmişdi.

Yuriy Alekseyeviç kosmosa hələ dekabrda uçmalı idi. Bu haqda 11 oktyabr 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının və Nazirlər şurasının MK-nin Qətnaməsində bildirilmişdi. “Vostok” gəmisinin uçuşuna qışda baş verən faciə mane olmuşdu: oktyabrın 24-də Baykonurda yanacaqla doldurulmuş hərbi raket partlamışdı. Nəticədə 268 insan həlak olur, onların arasında marşal Nedelin də var idi. İnsanların bir çoxu diri-diri yanmışdı.

Daha əvvəl kosmosa insanın yollanması ilə bağlı 6 cəhd yerinə yetirilib, onlardan 3-ü faciə ilə başa çatmışdı. Avadanlıqların yalnız 50 faizi etibarlı hesab olunurdu.

Tarixi uçuşdan bir neçə gün öncə iki kiçik qız övladı olan Qaqarini sonsuz German Titovla əvəzləmək ideyası meydana gəlmişdi. Lakin, Korolyov Yurinin namizədliyinin üstündə dayandı. Sonradan bu seçiminə görə qürur hissi duyduğunu ifadə etmişdi.

Tarixi uçuşdan 2 gün əvvəl Qaqarin həyat yoldaşına vida məktubu yazmışdı. Əgər qəza olsaydı, bu məktubu Valentina İvanovnaya çatdıracaqdılar. 1961-ci ildə bu məktubu kiməsə göndərməyə ehtiyac qalmır.

1968-ci il martın 27-də Qaqarin dəhşətli qəza zamanı həlak olduqdan sonra, bu məktub onun həyat yoldaşına verilir.

“Vostok-1”in uçuşundan qabaq gözlənilməz texniki nasazlıq ortaya çıxır. Lyukdakı tənzimləyicinin hermetikliyinin yoxlanması zamanı lazımi siqnal gəlmir. Uçuşun başlanmasına isə çox az bir vaxt qalmışdı. Məhz bu nasazlığa görə uçuş təxirə salına bilərdi.

“Vostok-1”in aparıcı konstruktoru Oleq İvanovski işçiləri ilə birlikdə bir neçə dəqiqə ərzində bütün qaykaları bərkidir, tənzimləyicini lazımi qaydaya salır. Bununla o, peşəkar bacarıqlarını qısa vaxtda nümayiş etdirir.

Korolyov özü şəxsən göstəriş verir ki, kosmonavtın bardaçokuna tapança və bir şüşə konyak qoysunlar.

Korolyov bu göstərişinin səbəbini də deyib: “Biz gəminin möhkəmliyinə əmin idik.Hər hansı bir sınıq və ya nasazlıq nəzərdən keçirilmişdi. Lakin bu bizi məsuliyyətsdən azad etmirdi. biz hər gözlənilməz hadisəyə hazır olmalı idik. Bu səbəbdən mən kosmonavtın bardaçokuna tapança və bir şüşə konyak qoyulmasını bildirmişdim.”

Hakimiyyət xalqa 3 müraciət hazırlamışdı. Onlar Qaqarinin uçuşunun uğurlu olacağına tam əmin deyildilər. Buna görə KİV üçün 3 müraciət hazır edilmişdi: Birincisi- əgər sınaq uğurlu olsaydı, ikincisi- əgər kosmik gəmi orbitə çıxa bilməsəydi, üçüncüsü – kosmonavtın faciəvi ölümü

Bütün təhlükəsizlik tədbirləri öncədən nəzərə alınsa da, uçuş vaxtı kosmonavt psixi əsəb pozğunluğu yaşaya bilərdi. Bunun baş verməməsi üçün 108 dəqiqəlik uçuş vaxtı o, Yer kürəsi ilə daim danışıqlar aparırdı.

“Vostok-1”də uçuş tam şəkildə avtomatlaşdırılmışdı. Bu kosmonavtın çəkisizlik şəraitində işləmək qabiliyyətinin mümkün olub-olmayacağı ehtimalını sığortalayırdı.

Ən ektremal hala Yuri Qaqarinə xüsusi kod verilmişdi. Bu kod vasitəsilə o, gəmidə əllə idarəetməni aktivləşdirə bilərdi.

Uçuş vaxtı bir çox çətin vəziyyət baş vermişdi: əlaqə xəttində nasazlıq, tənzimləyicilərin hermetikliyinin pozulması, uzun müddət aqreqat hissənin qopaması, həmçinin skafandrda qüsurların olması.

Uçuş zamanı qeydə alınan ən ideal hal gözlənildiyi kimi kosmonavtın katapultla yerə tullanması idi.

Uçuşun son mərhələsi zamanı Yuri Qaqarin “Mən yanıram, bağışlayın, yoldaşlar!” sözlərini demişdi. Buna görə, bir müddət onunla əlaqə saxlamağa cəhd etmirdilər.

Bir çox pilotlar kimi Qaqarin illüminatorda güclənən alovu görərək düşünmüşdü ki, kosmik gəmini alov əhatə edir və gəmi yanır, bir neçə dəqiqə sonra o, da həlak olacaq.

Əslində isə kosmik gəmi atmosferdə olarkən, sürtünmə nəticəsində alov yaranır və bu təbii hadisədir. Bu, hər uçuş vaxtı baş verir. Hazırki kosmonavtlar üçün bu adi bir hala çevrilib, halbuki bu təsirli mənzərəni ilk dəfə Qaqarin görmüşdü.

Geniş söz-söhbətə səbəb olan məsələlərdən biri də Qaqarinin dəbilqəsindəki “SSRİ” yazısı idi.

Sovet İttifaqı qəhrəmanı, kosmonavtların məşqləriylə məşğul olan, pilot Mark Qallay bildirmişdi ki, əslində bu yazı uçuşa az vaxt qalmış peyda olmuşdu.

Starta 20 dəqiqə qalmış Qaqarini diversantla səhv salmasınlar deyə, onun dəbilqəsinə qırmızı hərflərlə SSRİ yazmışdılar. Bunu dəbilqəni kosmonavtın başından çıxarmadan etmişdilər.

Nəhayət Qaqarin katapultla öncədən nəzərdə tutulmamış əraziyə eniş etmişdi. Alimlər bir neçə dəfə hesablama aparmağa çalışsalar da, yeri öncədən dəqiq tapa bilməmişdilər. Qaqarin Saratov bölgəsinə düşmüşdü.

Yerə düşən kosmonavtın ətrafına toplaşan yaşlı qadınlar əvvəlcə bu qəribə kostyumlu adamı görüb, qorxmuşdular. Qaqarin onları sakitləşdirməyə çalışaraq, sovet vətəndaşı olduğuna inandırmışdı.

AzNews.az