Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Yunus Oğuzun “Əmir Teymur”u qırğız dilində çap edildi – FOTO

Yunus Oğuzun “Əmir Teymur”u qırğız dilində çap edildi – FOTO

Yazıçı publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Əmir Teymur-dünyanın hakimi” və “Əmir Teymur-zirvəyə doğru” tarixi 2 cildliyi “Temirlan” adı ilə qırğız dilində işıq üzü görüb.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə işıq üzü görən kitabı qırğız dilinə Mukan Asanaliyev və Bekten Dıykanbay tərcümə ediblər.

540 səhifədən ibarət olan kitabın redaktoru A.İsmailovdur. Kitabda dahi hökmdarın sərkərdəlik məharəti, idarəetmə bacarığı və qazandığı qələbələr barədə oxuculara geniş məlumat verilir.

Yaxın vaxtlarda müəllifin iştirakı ilə Qırğızıstanda kitabın təqdimat mərasimi keçiriləcək.

500 tirajla çap edilən kitab Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu tərəfindən pulsuz paylanacaq.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın