Ana səhifə / İqtisadiyyat / Yunanıstanda iyulun 5-də referendum keçiriləcək

Yunanıstanda iyulun 5-də referendum keçiriləcək

Yunanıstan parlamenti iyunun 28-nə keçən gecə çağırılmış təcili plenar iclası zamanı iyulun 5-də referendumun keçirilməsi təklifini ratifikasiya edib.
Referendumda seçicilər ölkənin kreditorlar tərəfindən irəli sürülmüş şərtləri qəbul edib-etməyəcəyinə münasibət bildirəcəklər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 300 deputatdan 179-u qərarı dəstəkləyib. Səsvermədən əvvəl Yunanıstanın baş naziri Aleksis Tsipras yunan xalqının qalxaraq kreditorların ultimatumuna qətiyyətlə yox deyəcəyinə əmin olduğunu qeyd edib.
Qeyd edək ki, Avrozona ölkələrinin maliyyə nazirləri Şurası (Avropa Qrupu) Yunanıstan və  onun kreditorları arasında razılaşmaya növbəti dəfə nail olmaq məqsədi ilə ötən gün Brüsseldə növbədənkənar toplantı keçirib. İclasda Yunanıstanda  büdcə qənaəti və islahatlar proqramı müzakirəyə çıxarılıb. Kreditorlarla razılaşmaya nail olunacağı təqdirdə ölkə əlavə beynəlxalq kreditlər almaq imkanı əldə edəcəkdi. Hazırda Yunanıstanın Avrozona tarixində ilk dəfə suveren defolta uğraması və valyuta birliyini tərk etməsi riski var.
Qeyd edək ki, ötən gün kreditorlarla razılaşma əldə olunmayıb. Vəziyyətin gərginləşməsinə səbəb Avropa Qrupunun iclasına bir neçə saat qalmış Yunanıstanın baş naziri iyulun 5-də ölkədə referendumun keçirilməsinə qərar verməsi olub. Referendumda ölkənin kreditorlar ilə gələcək münasibətlərinə aydınlıq gətiriləcək. Seçicilər onların şərtlərinin qəbul olunub-olunmamasına münasibət bildirəcəklər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın