Şənbə , May 28 2022
Ana səhifə / İqtisadiyyat / Yük maşınları gömrükdə necə yoxlanılacaq? – Səfər Mehdiyev açıqladı

Yük maşınları gömrükdə necə yoxlanılacaq? – Səfər Mehdiyev açıqladı

“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner”rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitter hesabında paylaşım edib.
Komitə sədri əlavə edib ki. e.customs.gov.az portalında “Açıq məlumatlar” bölməsi yaradılıb.
“Bu bölmə vasitəsilə müraciət formaları, daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nin elektron sistemlərində istifadə olunan təsnifatlar əldə edilir”.“İdxal mallarına dair təqdim olunan gömrük bəyannamələri üzrə tətbiq ediləcək gömrük nəzarəti formasının seçilməsi məqsədilə risk ehtimalı yaradan göstəricilər üzrə avtomatlaşdırılmış “Bəyannamənin Risk Direktivi” layihəsi test edilmək üçün hazırdır”, – o bildirib.

Həmçinin oxuyun

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək. Bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında …