Cümə , Avqust 23 2019
Ana səhifə / İqtisadiyyat / Yeni üzüm bağları salınacaq, idxal azalacaq

Yeni üzüm bağları salınacaq, idxal azalacaq

Azərbaycanda yerli üzüm sortlarının yeni biotexnoloji üsullarla çoxaldılmasına başlanılacaq.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu yolla calaqaltı və üzüm idxalı bir qədər azalacaq.

Yerli sortlar yeni texnoloji üsullarla artırılarkən onun məhsuldarlığı da yüksək olacaq. Sağlam və virusdan azad əkin materialı istehsal olunacaq.

Dövlət proqramına əsasən, 50 min hektar yeni üzüm bağlarının salınması planlaşdırılır. Bu bağların salınmasında yerli tinglərdən istifadə olunacaq və qismən də olsa, idxalın qarşısı alınacaq.

Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun (ETİ) direktor əvəzi Vüqar Səlimov bildirib ki, respublikamızda şərabçılıq sahəsində ixrac potensialının yüksəldilməsi üçün yerli üzüm sortlarının yetişdirilməsinə ehtiyac var.

Qeyd edək ki, bu layihə ilə bağlı Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və Üzümçülük və Şərabçılıq ETİ arasında əməkdaşlıq memorandumu imzalanıb.

Həmçinin oxuyun

Komitədən dövlət müəssisələrində çalışanlara güzəşt

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraclarla bağlı göstərilən xidmətlərdən biri də kiçik dövlət müəssisələrinin əmək …