Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / İqtisadiyyat / “Yeni şərtlər əsasında yaşamağa vərdiş etməliyik” – Mikayıl Cabbarov

“Yeni şərtlər əsasında yaşamağa vərdiş etməliyik” – Mikayıl Cabbarov

“Yeni şərtlər əsasında yaşamağa və işləməyə vərdiş etməliyik”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir pandemiyanın mənfi təsirlərinin uzun müddət çəkə biləcəyini istisna etməyib: “İstər cəmiyyət, istər sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil, ona görə də, sahibkarlar yeni şərtlər, sanitar-karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesləri üçün daha vacibdir”.

M.Cabbarov, həmçinin qeyd edib ki, sahibkarların qaydalara riayət etməsi vacibdir: “Unutmamalıyıq ki, biz hamımız bir məkandayıq və gələcək həyat tərzimiz daha çox davranışlarımızdan asılı olacaq”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …