Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? – EKSPERT

Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? – EKSPERT

“Prezidentin problemli kreditlərin yarımçıq həlli ilə bağlı fərmanının icrası bitdi, hökumət bu sahədə bütün problemlərin həll olunduğunu bəyan etməyə çalışır. Rəsmi rəqəmlər və trendlər onu göstərir ki, yeni bank böhranı ölkənin qapısını döyür”.

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin məbləği bu il avqustun 1-nə 1 487,4 milyon manat təşkil edib, bu keçən ayla müqayisədə 0,1 faiz çoxdur, yəni problemli kreditlərin artması trendi var:

“Avqustun 1-nə bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9 faiz olub, yəni bu gün bank sektorunda 11 faiz problemli kreditlər var. Dünya təcrübəsi deyir ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 3 faizini keçsə, artıq böhranlı vəziyyət yaranır. Bu zaman bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir. Azərbaycanda isə bu norma 3 dəfədən çox aşıb”.

Bəs, problemli kreditlər artma səbəbi nədir?

İqtisadçı qeyd edib ki, kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır:

“İyun ayının sonu ilə müqayisədə iyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat, ötən ili sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq 5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına, yəni istehlak krediti kimi verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4 faizə yüksəlib. Yəni kreditlərin az qala yarısı istehlak kreditləridir, bu isə ölkə iqtisadiyyatının “xəstə” olmasını göstərir”.

Belə bir vəziyyətin yaranma səbəblərinə gəlincə, Natiq Cəfərli vurğulayıb ki, ölkə iqtisadiyyatı dünyada ən primitiv iqtisadi modellərdən biridir:

“Hökumət uzun illər bəsid model qurub və bunu uğur kimi bizə sırımağa çalışır. Məmləkətdə iqtisadi aktivlik ancaq büdcə xərclərinə və istehlak kreditlərinə bağlıdır. Neft satılır, pul büdcəyə gəlir, oradan təmir-tikinti, investisiya xərclərinə və maaşlara yönəlir, investisiya xərcləri həm məmurlar üçün korrupsiya, həm də qara camaat üçün bəsid dolanışıq, dayanıqsız iş yeri mənbəyidir. Sonra məmurlara bağlı banklar yüksək faizlə istehlak krediti verir, həmin məmurlara bağlı iri şirkətlər ölkəyə TV, telefon, mebel, bəyaz əşya gətirir, öz banklarından öz mallarını satmaq üçün qara camaata kredit verib ikiqat pul qazanırlar. Belə bir qısır döngə, primitiv model qurub ölkə idarə edirlər. Camaat da sabahını düşünmədən kredit götürüb xərcləyir, hökumət isə ümumiyyətlə, bu günlə yaşayaraq bu vəziyyəti iqtisadi artım kimi təqdim edir”.

Cebhe.info

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …