Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Yeni “London taksi”ləri neçəyə alınıb? — İNANILMAZ RƏQƏM

Yeni “London taksi”ləri neçəyə alınıb? — İNANILMAZ RƏQƏM

Xəbər verdiyimiz kimi, dünən Bakıda TX modelli yeni 100 ədəd “London taksi”sinin təqdimat mərasimi keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən ”Bakı Taksi Xidməti” MMC-nin sifarişi əsasında Böyük Britaniyanın “London EV”(LEVC) şirkətindən alınaraq Bakıya gətirilib.


TX model “London taksi”lərinin Bakıya nə zaman gətirildiyi açıqlanmasa da, alqı-satqı razılaşmasının bu ilin mart ayında əldə olunduğu bildirilir. Bu barədə məlumat mart ayının 13-də “London EV”(LEVC) şirkətinin rəsmi saytında dərc olunub.


”Bakı Taksi Xidməti” MMC aprel ayında “LEVC TX 5″ markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsi üçün kotirovka sorğusu keçirib və “Mobil Broker” MMC (VÖEN – 180470537) ilə müqavilə bağlayıb. Bu iş üçün “Mobil Broker” MMC ”Bakı Taksi Xidməti” MMC-dən 7 min 670 manat alıb və “LEVC TX 5” markalı nəqliyyat vasitələrinin idxalında gömrük prosedurlarının yerinə yetirilməsinə may ayının 5-i tarixindən başlayıb.


Bakıya gətirilən “London taksi”lərinin qiyməti barədə də məlumat açıqlanmayıb.

Yeniavaz.com “London EV”-i şirkətinə istinadən xəbər verir ki, bu model avtomobillərin qiyməti 54 690 funt-sterlinq (110 000 manat) ilə 60 695 funt-sterlinq (122 000 manat) arasında dəyişir.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …