Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Yeni ili bu şəhərlərdə keçirmək məsləhətdir

Yeni ili bu şəhərlərdə keçirmək məsləhətdir

Bir-birindən fərqli 2016 planları artıq hazırdır

Zaman sürətlə irəliləyir və Yeni ili fərqli bir məkanda, unudulmaz keçirmək istəyənlər artıq turpaketlərlə maraqlanmağa başlayıblar. Bir az imkanı olanlar üçün hazırda ən böyük sual bayramı harada keçirməkdir. Qısacıq bir müddətə sığışdırası olsaq da, yorğun iş tempindən qurtulub yeni ilə hər kəsdən fərqli bir şəkildə girmək çox özəl bir fürsətdir. Amma bunun üçün bir qədər cəld olmaq lazımdır. Çünki hər keçən dəqiqə qiymətlərin daha çox artması, rezervasiya fürsətlərinin azalması deməkdir. 
Dünyanın tanınmış turizm şirkətləri Yeni ili xaricdə keçirmək istəyənlərə ən favorit şəhərlərin siyahısını hazırlayıb. Bu siyahının ilk beşliyinə daxil olan şəhərlərə və orda adəti üzrə keçirilən yeni il tədbirlərinə diqqət edək.
Moskva 
 
 
 
Qızıl Meydan yeni ilin keçirildiyi ən coşğulu və ideal məkanı sayılır. Xüsusən də vizasız gedə biləcəyimiz ölkə olduğu üçün ilk tərcihlər sırasındadır. Rusiya demək soyuq, cənub və böyük ehtimalla qar deməkdir. Yeni ili qarsız keçirmək istəməyənlər yüz faiz Moskvanı tərcih etməlidir.
Barselona (İspaniya) 
Yeni il gecəsini limitsiz əyləncə və ilin ilk günündə buz kimi Aralıq dənizinin soyuq sularında keçirmək istəyənlər isə Barselonanı seçə bilərlər. Bir Avropa şəhəri olmasına baxmayaraq, Aralıq dənizinin sahilində yerləşməsi, İspaniyanın ən önəmli şəhərlərindən biri olması onu bir başqa vazkeçilməz edir. Barselona xalqı Yeni il gecəsini ən gözəl sürprizlərlə qarşılayanlardandır. Yeni il günü şəhərdə gəzən Noseman xarakteri ilginc bir əyləncə sayılır. Yeni il gecəsindən sonrakı ilk gün isə dənizə girmə partisi başlayır. Yeni ilin ilk həftəsində kralın hədiyyələri adı altında uşaqlara müxtəlif hədiyyələr verilir.
Köln (Almaniya)
 
Köln şəhərinə həyat verən Reyn çayı sahilində yerləşən Alstadtdakı barlarda Kölnün məşhur pivəsi sayılan Kölschün müşayiəti ilə maraqlı bir Yeni il əyləncəsi keçirmək mümkündür. Əyləncə həyatını çox sevən almanlar üçün saat 24.00 olduğu zaman Dom Katedrali Meydanında fişəng şouları başlayır və müdhiş bir əyləncə sizi gözləyir. Bütün bu şouları Reyn çayı sahilində yerləşən qayıqlarda əyləşib şəhəri və şounu izləməniz mümkündür. Yeni ilin ilk günündə isə Köln Katedralının qaşısında və arxa küçələrində bir-birindən maraqlı şoular fasiləsiz olaraq davam edir.
Dubay (BƏƏ)
Aparılan araşdırmalara görə, xüsusən ruslar Yeni ili və özəl tətillərini isti ölkələrdə keçirməyi tərcih edir. Dəniz, qum və günəşi tərcih edənlər üçün Dubay ideal seçim sayılır. Kimsə bayrama qarlı havada, adamlarla dolu meydanlarda, səs-küyün içində  girmək istəmirsə, Dubay hotellərinin hər birində fərqli əyləncə proqramları var. Dünyanın ən hündür binası olan Burj Khalifa da bu şou və əyləncələr üçün qonaqlarına qapılarını açacaq.
 
Sidney (Avstraliya)
Kim ki, tətil üçün uzaq məsafələr qət edib, heç tanımadığı-bilmədiyi ölkələrə səfər etməyə hazırdır, onun üçün Sidney də maraqlı seçimdir. Yəqin bilirsiniz ki, dünyada yeni ili ilk qutlayan şəhər Sidneydir. Burada özəl lazer, havada fişəng şouları, hər il olduğu kimi bu il də canlı yayımla bütün dünyaya yayılacaq. Azərbaycandan 11 saat qabaqda olan Sidneydə Yeni ili keçirəndən 11 saat sonra Bakı vaxtilə yenidən bir Yeni il bayramı keçirmək mümkün olacaq.

 

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın