Ana səhifə / İqtisadiyyat / “Yeni 5 manatlıq əskinaslarda tarixi simvolların əksəriyyəti çıxarılıb” – Deputatdan ETİRAZ

“Yeni 5 manatlıq əskinaslarda tarixi simvolların əksəriyyəti çıxarılıb” – Deputatdan ETİRAZ

“Dövriyyəyə buraxılan yeni 5 manatlıq əskinasların üzərində olan simvollardan bizim kökümüzə bağlılıqla bağlı simvolların əksəriyyəti çıxarılıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, bu yaxınlarda Prezident İlham Əliyev Azıx mağarasına uzanan pilləkənləri fəth edərək Azərbaycanın nə qədər qədim olmasını dünyaya sübut edirdi: “Azərbaycanın köhnə əskinaslarında Dədə Qorqudla bağlı bir sıra ifadələr əskinaslardan çıxarılıb. Müvafiq qurumlara sual ünvanlamaq istərdim ki, bunu niyə ediblər? Ən azından Azıx mağarası ilə bağlı simvol həmin əskinaslarda əks olunmalı idi”.

Həmçinin oxuyun

Azərbaycanın “qırmızı qızıl”dan əldə etdiyi gəlir yarıbayarı AZALDI

2020-ci ilin birinci rübündə 33 min tona yaxın pomidor satan Azərbaycan bu ilin birinci rübündə …