Şənbə , Sentyabr 18 2021
Ana səhifə / İqtisadiyyat / “Yelo Bank” işçisi vətəndaşın başına OYUN AÇDI

“Yelo Bank” işçisi vətəndaşın başına OYUN AÇDI

– Samux rayonu 28-may küçəsi ,mənzil 50- də yaşayan Bayramov Ramin Gəray oğlu tərəfindən hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Məlumunuz olsun ki, Gəncə şəhəri Kəpəz rayonu İstanbul küçəsi 39-da yaşayan, “Yelo bank”da çalışan Musayev Turan Bəhrəmoğlu 3600 manat pulumu mənimsəyibdir. “Yelo bank”a ödəcəyim 3600 manat pulu mənimsəyib. Əvəzində saxta çek veribdir.

3600 manatın üstünə faiz gəlib 3900 manat olubdur. Musayev Turan deyir ki, 3600 manat pulu şəxsi məqsədləri üçün xərcləyib.

“Yelo bank”dan isə haqlı olaraq deyirlər ki, “bizə dəxli yoxdu gətir bankın pulunu ödə”. 3600 manat pulu “Yelo bank”ın əməkdaşı Musayev Turan Bəhrəmoğluna Namazov Samir Akif oğlunun yanında vermişəm. Əlimdə sübüt üçün çeklərin var.

Hüquqlarım pozulub, yollarda qalmışam. Musayev Turan Bəhrəmoğlu deyir ki, ölkədə qanun-qayda var. Get kimə deyirsən denən… Sənin 3600 manat puluna görə məni heç kim tutmayacaq…”

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Həmçinin oxuyun

Azərbaycan alkoqollu içkilər idxalına çəkdiyi xərci 18 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və …