Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Yaxın bir ay ərzində neftin qiyməti 30 dollara qədər ucuzlaşa bilər – Fikrət Yusifov

Yaxın bir ay ərzində neftin qiyməti 30 dollara qədər ucuzlaşa bilər – Fikrət Yusifov

Artıq dünyanın 60 qədər ölkəsində qeydə alınmış koronavirus öz coğrafiyasını durmadan genişləndirməkdədir. Dünyanı silkələyən və bir qədər öncə tezliklə ram ediləcəyi düşünülən bu bəla, insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı, dünya iqtisadiyyatını da böyük bir təhlükəyə sürükləməkdədir. Bu ilin əvvəlində mütəxəssislər  problemin fevral ayının ortalarına qədər çözüləcəyinə dair proqnozlar versələr də bu gözləntilər özünü doğrultmadı və məhz bundan sonra  dünyanın maliyyə bazarları əsaslı şəkildə çökməyə başladı. Son bir həftə ərzində dünya üzrə bütün səhmlərin dəyəri 5 trliyon dollara qədər ucuzlaşıb və prosses sürətlə davam etməkdədir. Neftin qiymətləri yanvar ayının əvəli ilə müqaisədə 20 dollara yaxın – yəni  30%-ə qədər ucuzlaşıb.  
Son iki ayda ümumdünya fabrikası statusunu qazanmış Çində neftin istehlakı 30%-ə qədər, daş kömürün istehlakı isə 40%-ə qədər azalıb. Əgər yaxın bir ay ərzində bu qorxulu virusun yayılmasının qarşısını almaq mümkün olmazsa, o halda, bu ilin sonuna qədər dünya iqtisadiyyatının və maliyyə bazarlarının itkilərinin bərpa ediləcəyindən söhbət gedə bilməyəcək. Əgər bundan sonra virusun ram edilməsi bir aydan daha uzun zaman tələb edərsə, o halda dünya iqtisadiyyatı tarixdə indiyə qədər görünməmiş bir çöküş yaşamalı olacaq. Yaranmış vəziyyətdə iqtisadiyyatı neftdən asılı olan ölkələri nələr gözləyir? Baş verən iqtisadi geriləmələr fonunda dünya bazarlarında neftə təlabat durmadan azalır. Bu səbəbdən də yaxın bir ay ərzində neftin qiymətlərinin 30 dollara qədər ucuzlaşması mümkündür. 
Bəs bir neft ölkəsi olaraq biz yaranmış durumda nə etməliyik?  İlk öncə hökumət virusun ölkə daxilində yayılmasını önləyəcək ən sərt adımların atılmasını etiva edən qərarlar qəbul etməlidi. 
Virusla bağlı ölkə daxilindəki real durum tələb edərsə,  bütün səviyyələrdən olan məktəblərin və uşaq baxçalarının fəaliyyətini müəyyən dövrə qədər dayandırmaq lazımdır.
Koronavirusun yaratdığı iqtisadi fırtına və dünyanın maliyyə bazarlarında baş verən çöküşlər Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə təsirsiz ötüşməyəcək. İlk növbədə neftin qiymətlərinin kəskin ucuzlaşması hesabına ölkəyə valyuta daxilolmalarının ciddi şəkildə azalması manata təziqləri artıracaq. Belə bir vəziyyətdən çıxışın yollarından biri  virus ram edilənə qədər dövlət büdcəsinin xərclərində xüsusi qənaət rejiminin tətbiq edilməsi olmalıdır. Daha doğrusu yaranmış vəziyyətdə büdcədən ikinci, üçüncü dərəcəli xərclər dayandırılmalı və ya maksimum məhdudlaşdırılmalıdı ki, ölkə daxilində xarici valyutaya olan təziqlər bir qədər neytrallaşdırılsın.
Nəzərə alsaq ki, ümumi idxalımızın 15%-ə qədəri koronovirusun hegemonluq etdiyi Çin və İranın payına düşür, o halda bu idxalı əvəzləyəcək alternativ variantların üzərində ciddi düşünmək lazımdır. Əks halda, bir müddətdən sonra daxili bazarda bu ölkələrdən idxal olunan malların qiymətləri kəskin şəkildə bahalanacaq.  
Fikrət Yusifov İqtisad elmləri doktoruprofessor

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …