Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Yaqub Zurufçu “Kürdüstan” mahnısı ilə bağlı açıqlama yaydı

Yaqub Zurufçu “Kürdüstan” mahnısı ilə bağlı açıqlama yaydı

Tanımış müğənni Yaqub Zurufçu son günlərdə onun internet resurslarında, xüsusilə də bır sıra saytlarda yayılmış “Kürdüstan” mahnısı ilə bağlı açıqlama verib.

Musavat.com xəbər verir ki, Y.Zurufçu sosial şəbəkədəki səhifəsində yazıb: “ Son günlər mənim “Kürdüstan” adlı mahnım bəzi internet portallarında müzakirəyə səbəb olub. Bilənlər bilir, bilməyənlərin diqqətiniə çatdırım ki, mən bu mahnını 38 il bundan öncə şah rejiminin axırlarında, İran islam inqilabından əvvəl yazdırmışam. O zaman bu mahnı ilə yanaşı, daha 13 parçanın da yer aldığı kasetim işıq üzü gördü. “Dayaq” ləqəbi altında siyasi mövzularda ifa etdiyim bu kaset mənim İrandan çıxmağıma səbəb oldu. Kürdüstan mahnısına gəlincə, bu şerə həm də ona görə müraciət etmişdim ki, onu Əlirza Nabdel (Oxtay) yazmışdı. Əlirza Nabdel Hüseyn Cavid, Mikayıl Müşviq, Cəfər Cabbarlı səviyyəsində bir şair olub. Bu ad Şimali Azərbaycanda demək olar ki, heç kimə tanış deyil. Halbuki Əlirza Nabdel yazıları ilə Cənubi azərbaycanlıların oyanış hərəkatı yolunda böyük işlər görmüş, canını fəda etmiş və şəhid olmuş böyük bir şair idi.

“Azərbaycanlıların milli məsələləri” adlı kitabı yetər ki, Nabdelin kim olduğunu biləsən. Cənubi Azərbaycanın Xoy şəhərində dünyaya gələn böyük şairi kürd olmaqda ittiham etmək əvəzinə mütaliə edin.

Müğənni daha sonra yazır: “Sovet İttifaqı zamanı xalqların dostluğunu yadınıza salın. İranda da bəzi xalqlar arasında isti münasibət var idi. Bu münasibətə onların milli məsələləri səbəb olmuşdu. Onu da qeyd edim ki, İranda olan vilayətlər arasında siyasi fikirlərinə görə ən öndə gedənləri kürdlər və azərbaycanlılar idi. Rejimin siyasi təcridxanalarını bu iki xalq doldurmuşdu. Bu iki xalq o zaman öz amalları yolunda birləşmişdilər….”ş

Y.Zurufuçu yazısını belə tamamlayır:
“Dünyanın siyasətini iri kapitalist ölkələri təyin edir. Onlar istədikləri zaman xalqları dost ya düşmənə çevirə bilər. Gəlin xalqları ittiham etmək əvəzinə, aranı qatan iyrənc siyasətləri ifşa edək.

Əziz media nümayəndələri! İttiham etmək çox asandır. Yerinə yetmək, məsələnin əsl mahiyyətinə varmaq isə ədalət yolunda təmiz vicdanla addımlamaq deməkdir. Gələcək nəsillər bizə etimad göstərsin deyə ağı qara etməyək!”

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın