Ana səhifə / İqtisadiyyat / Yaponların lüks qatarı – Biletlərin qiyməti 2800 – 10 000 dollar arasında dəyişir – FOTOLAR

Yaponların lüks qatarı – Biletlərin qiyməti 2800 – 10 000 dollar arasında dəyişir – FOTOLAR

 Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada Shiki-shima adlı lüks qatar mayın 1-də ilk dəfə istifadəyə verilib.
Qatar Tokiodan Hokkaydo adasına qədər gedir. Qatar 34 sərnişin daşıyır və hər oturacaqdan bayırdakı gözəl mənzərəni izləmək mümkündür. Qatarın yataq otağında bir və ya üç gecə qala bilərsiniz.
On vaqonlu qatarın biletləri 2018-ci ilin mart ayına qədər satılıb. Qatarın restoranında tanınmış yemək ustaları tərəfindən yeməklər hazırlanır və təcrübəli qarsonlar sərnişinlərə xidmət edir. Zəngin insanları çoxlu pullarla nə etdiklərini bilmək istəyirsinizsə, buna ancaq bu lüks qatarda cavab tapa bilərsiniz.
Moderator.az-həmin fotoları təqdim edir.
 
 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın