Bazar , Noyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / YAP-çı deputat:“2018-ci ildə bank kreditləri ilə bağlı ciddi qərarlar qəbul olunmalıdır”

YAP-çı deputat:“2018-ci ildə bank kreditləri ilə bağlı ciddi qərarlar qəbul olunmalıdır”

“Hesab edirəm ki, 2018-ci ildə bank kreditləri ilə bağlı hansısa ciddi qərarlar qəbul olunmalıdır”.

Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Nəsimi təşkilatının sədri Məlahət İbrahımqızı “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əhalinin banklara olan borcları çox ciddi məsələdir: “Həqiqətən ciddi, ağrılı məsələdir. Mən də belə problemləri olan çox insanlarla rastlaşıram. Bizim bir sıra banklarımız həqiqətən də vətəndaşa qarşı soyğunçuluqla məşğul oldu. O bankların çoxu bağlandı. Həmin bankların işçiləri qapı-qapı, müəssisə-müəssisə gəzirdilər, zorla vətəndaşa yüksək faizlə kredit verirdilər. Bəlkə də vaxtilə sovet totalitar rejimində, sosial mülkiyyəti dövründə yaşadığına görə əhalimiz maliyyə idarəetməsi, maliyyə mədəniyyəti barədə geniş maariflənə bilmədi. Ona görə vətəndaşlar bu kreditləri götürüb ödəyəcəyini düşündü və elə bir burulğana düşdü ki, buradan çıxa bilmədilər.

Deputat qeyd edib ki, xarici ölkələrdə kiçik məbləğdə belə kredit götürəndə kreditordan elə ciddi sənədlər istəyirlər: “Çox təəssüf ki, bizim bağlanan bankların əksəriyyəti soyğunçuluqla məşğul oldu, əhalinin maliyyə savadının azlığından sui-istifadə etdi. Odur ki, bu gün xeyli insanın böyük miqdarda borcu var. O insanların bir qismi evlərindən çıxarılıb. Məhkəmələrdə də kredit işləri çoxdur, ancaq məhkəmələr qərar verə bilmir və bu işlərin ucu-bucağı görünmür. Məhkəmələrin qərarının icrası ilə bağlı da ciddi problemlər mövcuddur. Yəni çox ziddiyyətli vəziyyət yaranıb.

Deputat bununla bağlı özünün şahidi olduğu problemi qeyd edib: “Məsələn, Nəsimi rayonunda Xutor deyilən ərazi metrostansiya tikintisi ilə əlaqədar plana düşüb. İnşallah, bu yaxınlarda orda növbəti metrostansiya açılacaq. Bakı Metropoliteni də vaxtilə burada yaşamış insanlara kompensasiya verdi, ailələr köçürüldülər. Əhali də bundan çox razı idi. Amma Metropolitenin hesabı “Texnkabank” ASC-də idi. Keçən il  bank bağlandı. Nəticədə həm Bakı Metropoliteninə ziyan dəydi – çünki ordakı hesab hələlik dondurulub – həm də vətəndaşlar çıxılmaz vəziyyətdə qaldı. Təsəvvür edin, əhalinin köçürüldüyü yerdə tikinti gedir, amma bunlar hələ pullarını ala bilməyib. Mən dəfələrlə müraciət etmişəm bununla bağlı. Ancaq indi biz o vətəndaşlara ancaq bunu deyirik ki, gözləyin. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun istiqamətdə hansı qərar verəcəyini gözləyirik”.

Həmçinin oxuyun

Dekabrın 4-də vaxt başa çatır: Nə olacaq? – ŞƏRH

2020-ci ilin sentyabr ayının sonu ilə müqayisədə oktyabr ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri …