Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Yanvarda xarici ticarət dövriyyəsi 2231,6 milyon dollar olub

Yanvarda xarici ticarət dövriyyəsi 2231,6 milyon dollar olub

Bu ilin yanvar ayında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 121 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 67 ölkəyə məhsul ixrac olunub, 115 ölkədən idxal edilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar ayında xarici ticarət dövriyyəsi 2231,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1543,0 milyon dollar, idxalın dəyəri 688,6 milyon dollar təşkil edib, nəticədə 854,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2017-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 33,3 faiz artıb, real ifadədə isə 1,9 faiz azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 27,0 faizini İtaliyaya, 1,7 faizini İsveçrəyə göndərilmiş məhsulların dəyəri təşkil edib. Eyni zamanda, ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 2,2 faizi Qazaxıstan ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …