Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Yanvarda iqtisadi artım 2% təşkil edib

Yanvarda iqtisadi artım 2% təşkil edib

2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6 mlrd. 49,5 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% çox ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 3,9% artıb, neft sektorunda isə 0,5% azalıb.

Əlavə dəyərin 48,4%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,5%-i nəqliyyat və anbar təsərrüfatı, 6,0%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə, 15,8%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7%-ini təşkil edib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …