Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Yakov Kedmi: “İsrail Azərbaycana silah satışını davam etdirəcək”

Yakov Kedmi: “İsrail Azərbaycana silah satışını davam etdirəcək”

“İsrailin Azərbaycanla məxsusi münasibətləri var və bunlar ilk növbədə həm İsrailə, həm də Azərbaycana tuşlanmış təhlükələrlə əlaqədardır”. Bunu virtualaz.org-a müsahibəsində İsrailin “Nativ”xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi deyib.

Onun sözlərinə görə, İsrailin Azərbaycana satdığı silah növləri Azərbaycanın regional təhlükələrdən müdafiəsi məqsədini güdür.

“Əgər İsrail bu növ silahları Azərbaycana satmasa, Azərbaycan onları Avropanın, Asiyanın və Amerikanın digər ölkələrindən alacaq. Azərbaycanla Ermənistan arasındakı münaqişə problemi bu və ya digər ölkənin silahlarından qaynaqlanmır. Düşünürəm ki, İsrail Azərbaycana, əvvəllər olduğu kimi, silah satmaqda davam edəcək”, – o belə deyib.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın