Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / “YAĞ TƏXMİNƏN 50-60 QƏPİK UCUZLAŞA BİLƏR” – CİDDİ UCUZLAŞMA OLMAYACAQ

“YAĞ TƏXMİNƏN 50-60 QƏPİK UCUZLAŞA BİLƏR” – CİDDİ UCUZLAŞMA OLMAYACAQ

Qadir İbrahimli: “Azərbaycanda kərə yağı istehsalı və gətirilməsi konkret şirkətlərin monopoliyasındadır”

“Təəssüf ki, hökumət yağın qiymətini tənzimləmək üçün inzibati yollara əl atdı”.

Bunu “Sherg.az”a iqtisadçı-ekspert Qadir İbrahimli deyib.

O bildirib ki, idxal rüsumlarının azaldılması ciddi ucuzlaşma yaratmayacaq:

“Yağın qiymətində təxmini 30-40 faiz artım müşahidə olundu. Lakin yağ təxminən 50-60 qəpik ucuzlaşa bilər. Bundan çox ucuzlaşma baş verməyəcək. Hökumət problemi köklü şəkildə həll etmək istəmir. Azərbaycanda kərə yağı istehsalı və gətirilməsi konkret şirkətlərin monopoliyasındadır. Yağ idxalında rəqabət mühiti yoxdur.

Şirkətlər istədikləri qiyməti bazara diktə edir. Hökumət isə hələ ki, səbəbləri deyil, nəticələri aradan qaldırmağa çalışır. İdxal rüsumunu azaltmaqla qiymətləri aşağı salmaq səyləri effektiv yol deyil.

Düzdür, qiymətlərdə müəyyən fərq yarana bilər, ucuzlaşma olar. Lakin bütövlükdə götürdükdə yağın qiyməti yenə kifayət qədər bahadır. Qonşu ölkələrlə müqayisədə baha başa gəlir. Ola bilməz ki, ticarətçi gətirdiyi malın üzərinə iki qat qiymət qoysun.

Bütün dünya üzrə norma qəbul edilib ki, ticarət güzəştləri 8-10 faiz həcmində gəlir götürülür. Bundan yuxarı ticarət güzəştləri ancaq monopoliya şəraitində mümkün olur”.

Qeyd edək ki, iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov gələn ilin əvvəlində kərə yağının qiymətində eniş ola biləcəyini açıqlayıb. İqtisadçının sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə ölkəyə kənardan gətirilən kərə yağının idxal gömrük rüsumunun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …