Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Yadplanetlilərin qaçırdığı insanların qeyri-adi iddiaları: “Cinsi əlaqəyə məcbur edildim” – FOTOLAR

Yadplanetlilərin qaçırdığı insanların qeyri-adi iddiaları: “Cinsi əlaqəyə məcbur edildim” – FOTOLAR

Bu mövzuda hər zaman olduğu kimi, insanların fikirləri iki yerə bölünür: Yad planetlilərin varlığına inananlar və inanmayanlar…

Bu mövzu haqqında yerli və dünya mətbuatında bir çox məlumatlar, fotolar, videolar var. Lakin bu dəfə yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən insanların nələr danışdığını və başlarına gələnləri diqqətinizə çatdıracağıq.

Musavat.com xarici mətbuata istinadən yadplanetlilər tərəfindən qaçırılan 7 insanın başlarına gələni təqdim edir.

1. Cesi Lonq

Cesi yadplanetlilər tərəfindən qaçırıldığı zaman 5 yaşında olub. Qardaşı ilə meşədə gəzməyə çıxan balaca açıq sahədə yuvarlaq bir cism görüb. Onun dediklərinə görə, daha sonra özünü soyuq bir dəmir masanın üzərində xatırlayır. Daha sonrakı illərdə bir neçə dəfə qaçırıldığını iddia edən Cessi hazırda 65 yaşındadır.

Картинки по запросу

2. Gundiah Makkay

Emi Raylan qaçırılan zaman 22 yaşında idi. Avstraliyada yaşayan Eminin 2001-ci ildə gecə saat 12 radələrində həyat yoldaşının gözləri önündə qaçırıldığı iddia edilir. Dərhal polisə zəng edən həyat yoldaşını ciddiyə almayıblar. Söylədiklərinin yalan olduğunu deyiblər. Ardından onun həyat yoldaşına bir telefon zəngi gəlib. Zəng edən bir xəstəxana işçisi idi. O, Eminin halının pis olduğunu və xəstəxanaya gətirildiyini deyib. Lakin bir məsələ var idi.

Картинки по запросу Gundiah Mackay

Xəstəxana evdən tam 8 saatlıq məsafə uzaqlığında idi. Bu qədər məsafəni 10 dəqiqə içərisində getməsi daha bir müəmma idi. Emi adlı gənc qız bu qədər uzaq məsafəni 10 dəqiqə içərisində necə gəldiyini isə xatırlamadığını deyib. Eminin son xatırladıqları onun bədən üzvlərindən və dərisindən xırda parçalar alınması idi.

Картинки по запросу Gundiah Mackay

3. Barni və Betti Hill

1961-ci ildə Niaqara şəlaləsinə gəzintiyə çıxan cütlük geri dönərkən açıq sahədə parıldayan bir işıq gördüklərini iddia edirdi. Avtomobildən enən Barni insana bənzər 11 nəfəri gördüyünü də söyləyib. Oradan tez bir şəkildə uzaqlaşmağa çalışan cütlük 4 saatlıq yolu tam 7 saata gəldiklərini də izah edirdilər. Evə döndüksə isə paltarlarında müxtəlif yerlərdə deşiklər və üzərlərində çəhrayı rəng toz var idi. Cütlük göbəklərindən soxulan iynələrlə vücudlarından nümunələr alındığını xatırlayır.

Картинки по запросу Barney ve Betty Hill

4. Vilas Boas

1975-ci ildə Braziliyada gənc bir bağban göy üzündə bir qırmızı ulduz görüb. Oradan traktorla qaçmaq istəyən gənc mavi gözlü bir robot tərəfindən qaçırıldığını xatırlayır. Daha sonra onu gəmiyə apardıqlarını deyən gənc, bədəninə jeleyə bənzər maddə sürtdüklərini deyib. Gənc bağban, daha sonra isə qırmızı tüklü bir yadplanetli ilə cinsi əlaqədə olmağa məcbur edilib. O, gəmidən endirilən zaman 4 saat keçmişdi. Onun bədənində yanıq izləri var idi. Ən qəribəsi isə o izlər ömrünün sonuna kimi onun bədənində qalıb.

Картинки по запросу Antônio Vilas Boas

5. Travis Valton

1975-ci ilin dekabrında Arizonada 6 meşə işçiləri, iş yoldaşalrı Travis Valtonun meşədə yad planetlilər tərəfindən qaçırıldığını polisə bildirmişdi. Polis isə həmin 6 nəfəri Travisi öldürüb meşədə basdırdıqlarını düşünüb onları həbs etdi. Ancaq Travis 5 gün sonra ortaya çıxdı və həqiqətən də yadplanetlilər tərəfindən qaçırıldığını deyib.

Travis xatırladıqlarını bu cür izah edib: “Bir masada uzandığımı xatırlayıram. Başımın üstündə balaca və keçəl varlıqlar var idi. Daha sonra üzümə bir qaz maskası taxdılar. Özümdən getmişəm, ondan sonrasını xatırlamıram. Xatırladığım son şey yol kənarında oyanmağımdır”.

Картинки по запросу Travis Walton UFO

6. Hilari Poter

Hillari həyatı boyunca bir neçə dəfə qaçırıldığını iddia edir. Bu qadın İlk dəfə 5 yaşında qaçırıldığını deyib. Daha sonra o, həyat yoldaşı ilə avtomobildə gedərkən qəfildən gözlərini bir qarajda açıblar. Onlar buraya necə gəldiklərini də xatırlamırlar.

Картинки по запросу Hilary Porter

7. Peter Kori

Peter 1988-ci ilin fevral ayında yatdığı yerdən qaçırıldığını iddia edirdi. O, yatdığı yerdə ayağından kimsənin tutduğunu hiss etdiyini deyib. Daha sonra isə başına iynə sancdıqlarını deyən Peter gerisini xatırlamadığını bildirib.

Turan Oruc,
Musavat.com

Картинки по запросу Peter Khoury ufo

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …

Bir cavab yazın