Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Yəmənin qaçmış baş naziri ölkəyə qayıtdı

Yəmənin qaçmış baş naziri ölkəyə qayıtdı

Yəmənin baş naziri Xalid Bəhhah Ədən şəhərinin hava limanına gəlib. O husi yaraqlılarının şəhərə hücumundan sonra ölkəni tərk etmişdir.

ANS PRESS-in məlumatına görə, nazirlər kabinetinin başçısı ölkədə bir neçə ay olmayıb.

Əvvəllər husi üsyançıları Yəmən ərazisinin xeyli hissəsini ələ keçirərək prezident Mansur Hadini ölkəni tərk etməyə məcbur etmişdir. Dövlət başçısı və bir sıra hökumət üzvləri Səüdiyyə Ərəbistanında sığınacaq tapıb.
Lakin son bir ay ərzində hökumət qüvvələri yaraqlıları Ədən şəhərindən çıxarmağa müvəffəq olub.

Yəmən hakimiyyəti və üsyançılar arasında qarşıdurma 2014-cü ilin avqust ayında kəskinləşib.

2015-ci ilin martında Yəmən prezidentinin xahişi ilə Qətər, Küveyt və birləşmiş Ərəb Əmirlikləri Səüdiyyə Ərəbistanının başçılığı altında husi üsyançılarına qarşı hərbi-hava əməliyatı həyata keçirir. Koalisiyaya həmçinin Misir, İordaniya, Mərakeş və Sudan qoşulub.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın