Çərşənbə , İyul 24 2019
Ana səhifə / İqtisadiyyat / Yəhudilər ermənilərə qarşı: “Rədd olun buradan”

Yəhudilər ermənilərə qarşı: “Rədd olun buradan”

Qüdsdə erməni kilsəsində qalmaqal salaraq kilsə xorunun oxumasına mane olan “Lehava” təşkilatının sədri Bentsi Qopşteyn və təşkilatın üzvü polis tərəfindən saxlanılıb.

“Timesofisrael” saytı xəbər verir ki, hadisə Qüdsdə təşkil edilən mədəniyyət festivalında baş verib.

Təşkilat üzvləri Qüdsdə erməni kilsəsinin xor oxuduğu zaman zala daxil olaraq uca səslə “Rədd olun, Suriyaya qayıdın” deyə etirazlarını bildiriblər. Nəticədə xor öz çıxışını dayandırıb. Hadisə yerinə gələn polis aktivistləri həbs edib.

Qeyd edək ki, radikal çıxışları ilə tanınan “Lehava” təşkilatı qeyri-yəhudilərin assimilyasiya edilməsinə və qarışıq nikahlara qarşı çıxırlar. AzVision.az

Həmçinin oxuyun

CAHANGİR HACIYEVİN VURDUĞU ZİYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir …

Bir cavab yazın