Cümə , Noyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Yəhudi milyarder qızına 25 milyon dollarlıq toy etdi – FOTO

Yəhudi milyarder qızına 25 milyon dollarlıq toy etdi – FOTO

ABŞ-ın Nyu-York şəhərində yaşayan yəhudi milyarder, “Wharton Properties” Ceff Sattonun qızı Rene Satton sevgilisi Eliott Koenlə ailə qurub.
Ceff Saton Nyu-Yorkda “Daşınmaz əmlak kralı” kimi tanınır.
Toy İtaliyanın cənubunda, Apuliya vilayətində olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 400 qonağın dəvət olunduğu toya C.Satton 25 milyon dollar xərcləyib.
150 qonağı Nyu-Yorkdan Apuliyaya yəhudi milyarderin icarəyə götürdüyü Boeing 757 təyyarəsi aparıb. Toy başa çatanda qonaqlar elə həmin təyyarə ilə Nyu-Yorka qayıdıblar. Təyyarənin icarəsi üçün 5 milyon dollar ödənmişdi.
Bəylə gəlini isə toya xüsusi olaraq icarəyə götürülmüş Boeing 747 təyyarəsi aparıb.
Adriatik dənizinin sahilindəki toy yəhudi adətlərinə uyğun olub. Bəylə gəlin “çuppa”nın, yeni yaranan ailənin simvolunun altında dua oxuyaraq kəbinlərini rəsmiləşdiriblər.
Toya dəvət olunmuş qonaqlar gecəsi 500 dollar olan lüks otel nömrələrində qalıblar. Oteldəki bütün nömrələri C.Satton satın almışdı. Üstəlik, qonaqlar üçün 43 villa da icarəyə götürülmüşdü.
Onlara toyda 20 səhifəlik menyuda sadalanan təamlar və içkilər təklif olunub.
Məşhur Borqano kurortunda, çimərlikdəki toydan əvvəlki nikah mərasimi isə Apuliyadakı Monopoli şəhərində, Müqəddəs Stefan qəsrində olub.
Masaların və çadırın bəzədilməsi üçün Hollandiyadan 8 ton çiçək gətirildiyi toya ən məşhur müğənnilər və ifaçılar dəvət olunmuşdu ki, onların arasında Ledi Qaqa və Madonna da vardı.
Toy əsnasında qonaqların daşınması üçün 50 mikroavtobus satın alınmışdı.
Təzə bəy Eliott Koenin atası Ceffri Koen toyda yeni qurulmuş ailəyə 56 milyon dollarlıq malikanə, 43 milyon dollarlıq villa və 4 apartament bağışlayıb.

Həmçinin oxuyun

“Dövlət büdcəsində əsas 4 sahəyə nəzər yetirəcəyik” – DEPUTAT

“2021-ci ilin büdcə layihəsinin Milli Məclisə təqdim edilməsinin gecikməsinin səbəbi ərazilərin işğaldan azad edilməsi ilə …

Bir cavab yazın