Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / “Xiaomi” şirkəti “Mi 10-“un ilk partiyasını rekord müddətə satdı

“Xiaomi” şirkəti “Mi 10-“un ilk partiyasını rekord müddətə satdı

13 fevralda təqdim edilmiş Mi 10 flaqman smartfon seriyasının bugün Çində satışlarına 14 fevralda start verilib.

Sözügedən seriyaya daxil olan smartfon modellərinin yüksək qiymət göstəricilərinə baxmayaraq Mi 10-nun ilk partiyası yüksək sürətlə satılıb.

Şirkət ilk öncə sifariş edən zaman 14 dollar depozit yerləşdirən ciddi alıcılara öz diqqətini cəmləyib.

Buna baxmayaraq satışlara start veriləndən 1 dəqiqə sonra Mi 10-nun ilk partiyası tamamilə satılıb.

Qeyd etmək lazımdır ki, ilk partiyaya 50.000 ədəd smartfon daxil olub. Beləliklə, Xiaomi şirkəti 1 dəqiqə ərzində 28.6 milyon dollar gəlir əldə edib. Məlumata əsasən Mi 10-nun ikinci partiyası 18 fevral tarixində satışa çıxacaq. Həmin vaxtda həmçinin Mi 10 Pro modeli də satışa çıxacaq.

Sadə Mi 10 modelinin qiyməti 573 dollarda, Mi 10 Pro modelinin qiyməti isə 716 dollardan başlayır.”Ölkə.Az” 

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …