Şənbə , Dekabr 5 2020
Ana səhifə / İqtisadiyyat / Xaricilər Azərbaycan banklarındakı pullarını çıxarırlar

Xaricilər Azərbaycan banklarındakı pullarını çıxarırlar

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında qeyri-rezidentlərin əmanətlərinin ümumi həcmi 2017-ci ilin oktyabr ayı ərzində 16,5 mln. manat və ya 2,1% azalaraq noyabrın 1-nə 766,6 mln. manat təşkil edib.

“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Qeyri-rezidentlərin əmanətlərinin 54,9 mln. manatı və ya 7,2%-i milli valyutada, qalanı isə xarici valyutada yerləşdirilib.

Noyabrın 1-nə fiziki şəxslərin əmanətlərinin həcmi 7 280,1 mln. manat təşkil edib ki, bu da aylıq müqayisədə 257,9 mln. manat və ya 3,7% artım deməkdir. Əmanətlərin 2 189,6 mln. manatı və ya 30,1%-i milli valyutada, qalanı xarici valyutada yerləşdirilib.

Hesabata əsasən, qeyri-rezidentlərin əmanətlərinin həcmində azalma olsa da, rezidentlərin əmanətlərinin həcmi oktyabrda 274,4 mln. manat və ya 4,4% artaraq noyabrın 1-nə 6 513,5 mln. manata çatıb. Rezidentlərin əmanətlərinin 2 134,6 mln. manatı və ya 32,8%-i milli valyutada saxlanılır.

Həmçinin oxuyun

Nəqliyyat və rabitə sektorunun kreditləşməsi ilin əvvəlindən 27% azalıb

Bu ilin noyabrın 1-nə Azərbaycanda nəqliyyat və rabitə sektoruna kredit qoyuluşunun həcmi ötən ilin eyni …