Ana səhifə / İqtisadiyyat / Xarici valyutada əmanətlərin həcmi azalıb

Xarici valyutada əmanətlərin həcmi azalıb

Ötən ilin sonuna banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 370,6 mln. manat olub.

Mərkəzi Bank xəbər verir ki, əmanətlərin 2 mlrd. 285,5 mln. manatı milli  valyuta, 5 mlrd. 85,1 mln. manatı xarici valyuta ilə yerləşdirilib.

2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 mln. manat artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 mln. manat azalma baş verib. Belə ki, 2016-cı ilin 11 ayında banklara qoyulan xarici valyutadakı əmanətlərin həcmi 6 mlrd. 175.3 milyon manat olub.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …