Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Xarici sərmayədarları necə cəlb etməli… – ŞƏRH

Xarici sərmayədarları necə cəlb etməli… – ŞƏRH

Xəbər verdiyimiz kimi, ölkə prezidentinin sərəncamına əsasən Azərbaycanda “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunlarının əsasında, beynəlxalq təcrübə nəzərə alınmaqla yeni “İnvestisiya fəaliyyəti haqqında” qanun hazırlanacaq.

Sərəncama görə, Prezidentin 2016-cı ilin dekabrında təsdiqlədiyi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən, investisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühitinin təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib. İqtisadiyyata qoyulan investisiyanın həcminin artırılması məqsədilə bu sahədə islahatlar genişləndirilməli, xüsusilə özəl təşəbbüskarlığın dəstəklənməsi istiqamətində biznes-investisiya mühiti, həmçinin investisiyaların qorunması sahəsində qanunvericilik daha da təkmilləşdirilməlidir. Aparılmış təhlillər onu göstərir ki, xarici investorlar tərəfdaşlıq zəminində ölkədə əlverişli investisiya qorunma sisteminin mövcudluğuna xüsusi diqqət ayırırlar. Bu baxımdan investisiya imkanlarının genişlənməsinə imkan verən çərçivənin qurulması mühüm əhəmiyyət kəsb edir. 2025-ci ilədək qarşıya qoyulmuş məqsədlərdən biri də məhz xarici investorların dünya standartlarına uyğun fəaliyyət göstərməsinə şərait yaradacaq biznes mühitinin təmin edilməsidir. Bu sahədə aparılacaq islahatlar iqtisadiyyatda özəl investisiyaların payının artmasına təkan vermiş olacaq.

Картинки по запросу “İnvestisiya fəaliyyəti haqqında” qanun hazırlanacaq.ə

Nazirlər Kabinetinin 3 ay müddətində hazırlayacağı qanun layihəsində beynəlxalq təcrübə nəzərə alınmaqla yanaşı, investisiya fəaliyyətinə təşviq edən tədbirlərin məcmusu, investorların hüquqlarının qorunması mexanizmləri, onlara dövlət zəmanəti verilməsi qaydası, mübahisələrin danışıqlar, məhkəmə, həmçinin arbitraj yolu ilə həlli üsulları (beynəlxalq arbitraj qaydalarının müddəaları nəzərə alınmaqla), investorlara vurulmuş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsi qaydası da əksini tapmalıdır.

Картинки по запросу iqtisadçı-ekspert Pərviz Heydərov

Sərəncamı “Yeni Müsavat”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, investorların hüquqlarının etibarlı qorunmasını tənzimləyən qanunverici baza bir neçə il əvvəldən təkmilləşdirilməli idi: “İstənilə ölkənin xarici investisiyaya çox böyük ehtiyacı var. Xüsusilə də Azərbaycan kimi kiçik və inkişaf etməkdə olan ölkələr üçün xaricdən sərmayə cəlbi son dərəcə vacib şərtlərdən biri, bəlkə də birincisidir. Əgər qeyri-neft sektorunu inkişa etdirirsənsə, bu, ümumiyyətlə, çox mühüm amildir. Amma iqtisadiyyatın tələb etdiyi həcmdə xarici investisiyanı cəlb etmək üçün ölkənin qapılarını açmaq yetərli deyil. Xarici investorların hər birinin özlərinin şərtləri var. Onlar sərmayə qoyanda ilk növbədə öz qazanclarını güdürlər. Bunun üçün də özlərinin iqtisadi maraqlarının qorunmasını ön plana çəkirlər”.

Ekspert deyir ki, hər bir ölkəyə xarici investisiyanın cəlbi üçün əsas şərtlərdən biri siyasi stabillikdir: “Bu nöqteyi-nəzərdən, Azərbaycan MDB məkanında, Şərqi Avropa ölkələri arasında ilk yerlərdə, bəlkə də deyərdim ki, birinci yerdə durur. Bu, investisiyaların cəlbi üçün çox vacib olan şərtdir və bizdə var. Lakin iş bununla da bitmir. Xarici investorların hüquqlarının, iqtisadi mənafelərinin qorunması məsələsi də dövlət səviyyəsində əksini tapmalıdır. Elə bir şərait olmalıdır ki, buraya uzunmddətli vəsait yatıran istənilən xarici sərmayəçi bayaq dediyimiz siyasi sabitlik pozulacağı təqdirdə, yaxud hər hansı digər problem yarandığı halda qoyduğu investisiyanın batmayacağından əmin olsun. Bu yaxınlarda Nazirlər Kabinetinin iclasında dövlət başçısı qeyd etdi ki, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar investisiya qoyulub. Özü də qeyd etdi ki, bu, çox yaxşı göstəricidir. Həmçinin bildirdi ki, həm yerli, həm xarici investorlar ölkəmizə sərmayə qoymaqda maraqlıdılar. Bu, təbiidir. Amma bu marağın reallaşdırılması məsələləri özümüzdən asılıdır”.

Картинки по запросу valyuta gəlirlərimizin azalması

P.Heydərov onu da bildirir ki, son illərdə dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar valyuta gəlirlərimizin azalmasından maliyyə dayanıqlığımızın itirilməsi baxımından çox da mənfi təsirlərə məruz qalmadıq: “Düzdür, Mərkəzi Bankın valyuta ehtiyatlarının böyük bir qismi manatın məzənnəsinin saxlanması üçün sərf olundu, manat iki dəfə kəskin devalvasiyaya uğradı və sair. Lakin bununla bərabər, iqtisadiyyatı neftdən asılı olan bir çox ölkələrdən fərqli olaraq Azərbaycan öz valyuta ehtiyatlarını böyük mənada qoruyub saxlaya bildi, maliyyə dayanıqlığını itirmədi. Buna baxmayaraq, xarici investisiyaların axını bir qədər zəiflədi. Düzdür, daxili investisiyaların çoxalması, birbaşa dövlət investisiyalarının olması yaxşı hallar idi. Lakin müqayisədə keyfiyyət baxımından xarici investisiyaların əvəzi yoxdur. Son zamanlar isə neftin qiymətinin azalması fonunda xarici investorların şərtlərində ağırlaşmalar meydana çıxmışdı. Bu nöqteyi-nəzərdən prezidentin sərəncamı çox yerinə düşüb. Orada sadalanan məsələlər çox qısa müddətdə həllini tapmalıdır. Bunlar xarici investisiyalarla bağlı uzunmüddətli sərmayə qoyuluşu şəraitində investorların iqtisadi mənafelərinin qorunması, Azərbaycanın qeyri-neft sektorunun inkişafı məqsədilə xarici vəsaitlərin axını üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, onların ardıcıl xarakter daşıması kimi son dərəcə vacib şərtlərdəndir”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …