Ana səhifə / İqtisadiyyat / Xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb

Xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb

2017-ci ildə xarici ölkələrə gedən azərbaycanlı turistlərin sayı azalıb.

Trend-in məlumatına görə, ötən il xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4 faiz azalaraq 4 108,9 min nəfər olub. Qeyd edək ki, ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub.

Xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 79,6 faizi dəmir yolu və avtomobil, 20,1 faizi hava, 0,3 faizi isə su nəqliyyatından istifadə edib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …