Cümə , Fevral 23 2024
Ana səhifə / İqtisadiyyat / Xarici KİV: “Fransanın regionla iqtisadi əlaqələrinin 60 faizi Azərbaycanın payına düşür”

Xarici KİV: “Fransanın regionla iqtisadi əlaqələrinin 60 faizi Azərbaycanın payına düşür”

Fransanın Cənubi Qafqaz ölkələri ilə iqtisadi əlaqələrinin 60 faizi Azərbaycanın payına düşür və bu o deməkdir ki, iki ölkə arasında əlaqələrin birdəfəlik pozulması Parisin həm Bakıda, həm də bütövlükdə regionda maraqlarına zərbə vuracaq.

“Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Françesko De Palonun “Formiche” qəzetində dərc olunan məqaləsində deyilir.

Qeyd olunub ki, Fransa parlamentinin yuxarı palatasının yalnız parlamentin mövqeyini əks etdirən və məcburi icraedici qüvvəyə malik olmayan (Azərbaycana qarşı iqtisadi sanksiyaların tətbiqinə çağıran) qətnaməsinə cavab olaraq, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bütün Fransa şirkətlərini, o cümlədən “Total”ı ölkədən çıxarmağa çağırıb.

Müəllif hesab edir ki, bu, Fransanın Cənubi Qafqazdakı iqtisadi maraqlarına ciddi təsir göstərə bilər.

De Palo vurğulayıb ki, Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyi təqdirdə, Bakı istənilən fransız biznesi ilə əməkdaşlıqdan çəkinmədən imtina edəcək və Xəzər dənizindəki “Abşeron” yatağı və ya Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi kimi çoxsaylı layihələrdə iştirak edən “Total” da daxil olmaqla bütün fransız şirkətlərini ölkədən çıxaracaq.

Həmçinin oxuyun

Azərbaycanın Avropa ilə ticarət dövriyyəsi azalıb

Bu ilin yanvar ayında Azərbaycanın ümumi idxalında Avropa İttifaqı ölkələrinin payı 15,5%, ümumi ixracdakı payı …