Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Xaricdə fəlakət, daxildə rifah yaradan və Putinə uduzan prezident- Barak Obama

Xaricdə fəlakət, daxildə rifah yaradan və Putinə uduzan prezident- Barak Obama

ABŞ-da Barak Obama dövrü geridə qaldı. Amerikanın ilk qaradərili prezidenti öz postunu olduqca yüksək reytinqlə, 58%-lə tərk etdi. Bu hakimiyyəti təhvil verən ABŞ prezidentləri arasında olduqca böyük göstərici hesab edilir.
Məsələn onun sələfi Corc Buş Ağ Evi tərk edən vaxt cəmi 40%-lik reytinqə malik idi.
Musavat.com xarici mətbuata istinadən Obama administrasiyasının uğurları və səhvləri barədə analitik rəyləri təqdim edir.
Ekspertlər Obama kabinetinin daxildə, xüsusilə iqtisadi və sosial sahədə parlaq göstəricilərinə rəğmən eyni sözləri xarici siyasət barədə söyləyə bilməyəcəklərini qeyd edirlər.
Bunun obyektiv səbəbləri də çoxdur. Çünki Obamanın 8 illik iqtidarı dövründə dünyanın siyasi şəklini dəyişdirəcək bir çox hadisələr baş verdi.
Buraya ABŞ-Rusiya münasibətlərinin olduqca aşağı səviyyəyə enməsini, Ərəb baharını, Krımın ruslar tərəfindən işğalını, İraq və Suriya ərazisində İŞİD adlı terrorçu təşkilatın meydana gəlməsini, habelə Türkiydə baş tutmayan hərbi çevrilişi aid etmək olar.
Mütəxəssislər Obama kabinetinin xarici siyasətdə bu problemlərin bir çoxunun öhdəsindən gələ bildiyini söyləməkdə çətinlik çəkirlər.
İlk öncə Barak Obamanın prezidentliyi SSRİ dağıldıqdan sonra ABŞ-Rusiya münasibətlərində ən gərgin dövr kimi yadda qaldı.
Bunun günahının böyük bir qismi təbii ki, Moskvanın, daha doğrusu Vladimir Putinin üzərindədir. Obama prezident kimi keçirdiyi mətbuat konfransında da pisləşmə dövrünün məhz Putinin hakimiyyətə ikinci dəfə qayıtmasından sonra baş verdiyni bildirib.
Həqiqətən DmitriMedvedevin prezidentliyi dövründə ABŞ-la Rusiya arasında olduqca sağlam və konstruktiv dialoq mövcud idi.
Картинки по запросу barak obama Dmitri medvedev
Tərəflər 2010-cu ildə strateji silahlarınməhdudlaşdırılmasını nəzərdə tutan SSM-3 müqaviləsini imzalamağa müvəffəq olmuşdular. Hətta Rusiyanın Gürcüstana təcavüzü belə Obama administrasiyasının Moskvaya qarşı sərt təpkisinə səbəb olmamışdı.
Lakin Putin hakimiyyətdən qayıtdıqdan sonra münasibətlərin ritorikası tamamilə dəyişdi.
Putin ordusunun Ukraynanın bir hissəsini işğal etməsi isə hər iki administrasiya arasındakı dialoq və əməkdaşlıq mərhələsinə son verdi.
Obamanın ifadə etdiyi kimi, ABŞ-Rusiya münasibətlərində Obama-Medvedev dövründə başlayan “yenidənyüklənmə”, Putinin gəlməsi ilə “yenidənağırlaşmaya” çevrildi.
Картинки по запросу barack obama vladimir putin
Ekspertlər iki lider arasındakı mücadilədən Vladimir Putinin qalib çıxdığını göstərirlər.
Tətbiq olunan sanksiyalara rəğmən Putin Krımın ilhaqını başa çatdırdı, ABŞ-ın Yaxın Şərdəki mövqelərinə ağır zərbə endirdi, hətta kiber hücumlar və media vasitəsilə ABŞ-ın öz daxili təhlükəsizliyinə qarşı təhdid yarada bildi.
Mütəxəssislər Obama hakimiyyətinin Yaxın Şərqdə buraxıdğı səhvlərin də Amerikaya baha başa gəldiyini qeyd edirlər.
Obama hakimiyyətinin dəstəklədiyi ərəb baharından sonra bölgə ölkələrinə vəd olunan demokratiya yerinə xaos, terror, ən əsası isə əvvəlki rejimlərdən daha betər bir canavar-İŞİD öz varlığını ortaya qoydu.
Bu gün islam adına terror yağdıran bu təşkilat İraq, Suriya və Livanın önəmli bir hissəsində faktiki olaraq hakimiyyəti ələ keçirib.
Sonradan Obama özü Liviyada MuammərQəzzafi  iqtidarının devrilməsini ən dəhşətli səhvi adlandıracaqdı.
Картинки по запросу barack obama on muammer kaddafi
Gulf State Analytics mərkəzini eksperti Teodor Karasikin fikrincə, Obamanın Yaxın Şərqdəki siyasəti Amerikanın İran körfəzindəki ölkələrlə, xüsusilə Səudiyyə Ərəbistanı ilə münasibətlərə ciddi xələl gətirdi.
“Körfəz ölkələri görürlər ki, İran getdikcə güclənir və Yəməndə, habelə Bəhreyndə şiələr vasitəsi ilə Səudiyyənin nüfuzuna zərbələr endirir”, ekspert qeyd edir.
Bundan başqa köhnə administrasiya ABŞ vətəndaşlarına 11 sentyabr hadisələrinə görə Səudiyyə Ərəbistanı hökumətini məhkəməyə vermək imkanı verən qanunvericilik aktının qəbul olunmasına mane ola bilməyib. Bu isə Səudiyyənin qəzəbinə səbəb olub.
Obamanın Türkiyə siyasətini də fəlakət sözü ilə təsvir etmək mümkündür.
Hakimiyyətinin ilk aylarında Türkiyəyə səfər etməsinə və baş nazir Ərdoğanla isti bağlantılar qurmasına rəğmən sonrakı hadisələr, xüsusilə 2016-cı ilin iyul ayında baş tutmayan hərbi çevriliş iki ölkə arasındakı münasibətləri buza çevirib.
Картинки по запросу barack obama erdogan
Dünənə qədər strateji müttəfiq sayılan iki dövlət bölgə ilə bağlı bir çox məsələlər üzrə qarşı-qarşya gəlib. Amerika Türkiyədəki əvvəlki etibar və hörmətini itirib.
Eyni sözləri Misir haqqında da söyləmək olar.
Misiridə Obama hakimiyyəti ABŞ-ın bölgədəki ən böyükmüttəfiqlərindən sayılan Hüsnü Mübarəki dəstəkləməkdən boyun qaçırdı. Bunun nəticəsində isə radikal “Müsəlman qardaşları” təşkilatının nümayəndələri hakimiyyətə gəlməyə bacardı.
Karasikin fikrincə, Obama iqtidarı“Müsəlman qardaşları”nıhakmiyyətə alternativ forma kimi nəzərdən keçirirdi.  Lakin sonradan baş  verən siyasi hadisələr bu planı puça çıxardı.
Картинки по запросу barak obama abdelfattah sisi
 Nəticə etibarı ilə hərbçilər iqtidarı yenidən ələ keçirdi. Lakin bu dəfə Misirdə general Əbdülfəttah Sisinin prezidentliyi altında ABŞ-a artıq  etibar etməyən bir hərbi iqtidar mövcuddur.
Əlbəttə, Barak Obama hakimiyyəti xarici siyasətdə uğursuzluqları ilə bərabər bəzi müvəffəqiyyətli addımları ilə də yadda qalıb.
Ekspertlər bunların arasında İranla imzalanan nüvə sazişi və Kuba ilə diplomatik münasibətlərin bərpa edilməsini göstərirlər.
Barak Obama xarici sahədə əsasən uğursuzluqları ilə yadda qalsa da, daxili siyasətdə xüsusilə iqtisadiyyat və sosial sahələrdə parlaq nəticələr əldə edib.
Obama 2008-ci ildə hakimiyyətə gəldiyi zaman ABŞ iqtisadiyyatı Böyük böhrandan (1929) sonra ən pis dövrünü yaşayırdı.
Bir ay ərzində 750 min insan iş yerlərini itirmişdi. Bir çox banklar isə iflas təhlükəsi ilə üz-üzə qalmışdı.
Obama iqtidarı 8 il ərzində dolların dəyərini qaldırmağa, əhalinin gəlirləri ilə müqayisədə ən aşağı borc dərəcəsinə malik olmalarına, avtomobil sənayesindəki ən yüksək satışlara və saatbaşı maaşlarda ən yuxarı göstəriciləri əldə etməyə nail olub.
Картинки по запросу экономика США при барак обаме
Obamanın iqtidarı dövründə ABŞ vətəndaşlarının şəxsi kapitalının artması ilə bağlı göstəricilər yalnız Klinton dönəmindəki vəziyyətdən geri qalır. Bundan başqa, Demokrat prezident ÜDM-ləmüqayisədə büdcədəki kəsiri xeyli azaltmağa da müvəffəq olub.
Obamanın bütün ölkə üzrə tətbiq etdiyi sağlamlıq sığortası ilə bağlı islahatı (Obamacare) ABŞ-ın hər bir vətəndaşına məcburi tibbi sığorta əldə etmək imkanı verib.
İslahatı tam olaraq həyata keçirmək mümkün olmasa da, 20 milyondan çox amerikalı bu proramdan bəhrələnə bilib.
Lakin bu islahat ABŞ-da respublikaçılar tərəfindən böyük etiraza səbəb oldu.
Mühafizəkar dairələr bu proqramı ABŞ-ın ənənəvi iqtisadi dayaqlarına böyük təhdid hesab etməyə başladılar. Bunun nəticəsində Amerikada dağınıq vəziyyətfə qalan mühafizəkar cərəyan öz ətrafında sıx birləşdi.
Bundan başqa Barak Obamanın qeyri-ənənəvi oriyentasiyaya malik şəxslərin orduda xidmət etməsini qadağan edən qanunu ləğv etməsi ABŞ-da mühafizəkar təbəqələri hərəkətə keçirdi.
Mütəxəssislər Hillari Klintonun respublikaçıların belə bəyənmədiyi Donald Tramp qarşısındakı məğlubiyyətində bu tendensiyanın rol oynadığını xüsusilə qeyd edirlər.
Onların fikrincə Obamanın apardığı sosial islahatlar ABŞ-da görünməmiş dərəcədə mühafizəkarlıq dalğasını qaldırdı, bundan isə Donald Tramp əla istifadə etdi.
Картинки по запросу Donald Trump

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın