Şənbə , May 25 2024
Ana səhifə / İqtisadiyyat / Xaricə satdığımız təbii qazın qiyməti 2,3 dəfə ucuzalaşıb

Xaricə satdığımız təbii qazın qiyməti 2,3 dəfə ucuzalaşıb

Bu ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrə 7 milyard 706 milyon 861 min kubmetr təbii qaz satıb.
Xaricə satılan təbii qazın statistik dəyəri 2 milyard 759 milyon dollar olub.
Açıqlanan rəsmi məlumatlar onu göstərir ki, xaricə satılan 1000 kub metr təbii qazın orta gömrük dəyəri 358 dollar olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə xaricə satılan 1000 kub metr təbii qazın orta gömrük dəyəri builkindən 2,3 dəfə çox – 832 dollar olub.

Həmçinin oxuyun

Azərbaycanda büdcə kəsiri üzrə proqnoz 800 milyon manata yaxın artırılır

Azərbaycanın yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsirinin 764,3 milyon manat məbləğində böyüdülməklə 3 …