Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Xameneyidən sərt bəyanat: “Sünni-şiə ədavəti salanlar müsəlman sayıla bilməz”

Xameneyidən sərt bəyanat: “Sünni-şiə ədavəti salanlar müsəlman sayıla bilməz”

“Amerikalılar İslam nişanəsi olan hər bir şeyə qarşıdırlar və onlar üçün şiə və sünninin fərqi yoxdur. Onlar üçün məzhəb və qövmçülük kimi məsələlər ixtilaf salmaqdan ötrü bir bəhanədir”.

Azinforum.az “Səhər” telekanlına istinadən bildirir ki, bu sözləri İranın ali dini rəhbəri Xameneyi kürd müsəlman peşmərgə şəhidlərinin anım konqresinin təşkilat komitəsinin üzvləri ilə görüşündə bildirib.

Xameneyi bu bəyanatında İngiltərənin və ABŞ-ın şiə və sünni arasında məzhəbi ixtilaf salmaq və ondan bəhrələnmək üzrə böyük təcrübəsi olduğunu deyib.

Amerika konqresinin İraqın sünni əhlisini himayə etməsi barədə mövqeyinə toxunan ali dini lider bu ölkələri tənqid edib: “Onlar İslam nişanəsi olan hər bir şeyə qarşıdırlar. Bu ölkələr üçün üçün şiə və sünninin fərqi yoxdur və onlar üçün məzhəb və qövmçülük kimi məsələlər ixtilaf salmaqdan ötrü bir bəhanədir”.

Xameneyi qeyd edib ki, düşmən ixtiyarında olan çoxlu sayda təhlükəsizlik, təbliğat və maliyyə vasitələrindən istifadə edərək, düşmənçiliyinə davam edəcək:“Sünni əhlinə tərəfdarlıq edərək şiəyə qarşı düşmənçilik və hücumu əsas götürən şəxsin əslində İslama və sünni əhlinə rəğbəti yoxdur. Şiələrdə də sünni əhlinə qarşı təəssüb odunu qızışdıran kəs də heç bir dini stimula malik deyil”-deyə Xameneyi bəyanatında vurğulayıb.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın