Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Xameneyi ABŞ-la müzakirələri qadağan etdi

Xameneyi ABŞ-la müzakirələri qadağan etdi

“ABŞ ilə müzakirə malik olduğu saysız zərərlərə görə qadağandır və heç bir faydası yoxdur”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İranın ali lideri Xameneyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri komandanları ilə görüşündə deyib.

Xameneyinin sözlərinə görə, amerikalılar danışıqlar yolu ilə İrana nüfuz yolunu açmaq və öz istəklərini İran xalqına qəbul etdirmək niyyətindədirlər: “Amma, İran bu məsələdən tamamilə agahdır”.

Ali dini lider bəyan edib ki, İran heç vaxt müharibəyə başlayacaq tərəf olmayacaq. Onun sözlərinə görə, hegemon qüdrətlər region üçün son dərəcə təhlükəli planlara malikdirlər: “Bu qüvvələr günahsız insanların qətlə yetirilməsi üçün hansısa təhlükəli silahdan və ya insanlığa qarşı yönəlmiş vasitələrdən istifadə etməkdə heç bir məhdudiyyət tanımırlar. Onların insan haqlarını müdafiə ilə bağlı iddiaları da gerçəkliyi əks etdirmir və tamamilə boş və mənasızdır”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın