Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Xamenei: Müharibə təhlükəsini bəzi siyasətçilər yox, xalq aradan qaldırıb

Xamenei: Müharibə təhlükəsini bəzi siyasətçilər yox, xalq aradan qaldırıb

İranın ali dini lideri ayətullah Əli Xamenei İrana qarşı müharibə təhlükəsini xalqın aradan qaldırdığını, ancaq bəzi siyasətçilərin bunu öz xidmətləri kimi təqdim etdiyini bildirib.

APA-nın verdiyi məlumata görə, A. Xamenei deyib ki, bəzi siyasətçilərin belə iddiada olması tamamilə yanlışdır.

Qeyd edək ki, İran ali dini liderinin bu bəyanatının hədəfinin prezident Həsən Ruhaninin Nazirlər Kabinetinin üzvləri olduğu şübhə doğurmur. Çünki onlar dəfələrlə bəyan ediblər ki, 2015-ci ildə nüvə razılaşması imzalanmaqla İran ətrafında gərginlik aradan qaldırılıb və İranın nüvə proqramı ilə bağlı məsələnin güc yolu ilə həlli variantı gündəmdən çıxıb.

Xatırladaq ki, mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. İslahatçıların dəstəklədiyi Həsən Ruhani ikinci dəfə bu post uğrunda mübarizə aparacaq. Onun əsas rəqibləri isə mühafizəkar düşərgəni təmsil edən İranın sabiq baş prokuroru Ebrahim Rəisi, Tehranın meri Məhəmməd Bager Qalibafdır.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın