Bu ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrə 22 milyon 268 min 796 ton xam neft və xam neft məhsulları satıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ixrac olunan xam neftin gömrük dəyəri 13 milyard 785 milyon 636 min dollar olub.
Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu 619 dollara satıb.
Xam nefti ən baha qiymətə Avstraliyaya (724 dollar), ən uciz qiymətə isə Tailanda (536 dollar) satmışıq.
Xarici ölkələrə satılan neftin miqdarı və statistik dəyərini ölkələr üzrə təqdim edirik:
